• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH

Gündəm / Siyasət

29-06-2026, 17:52

"Türk Dünyası Həftəsi": ortaq tarixdən ortaq gələcəyə - ŞƏRH

Müasir dövrdə dövlətlərin beynəlxalq nüfuzu yalnız iqtisadi və hərbi potensialı ilə deyil, həm də qlobal əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı ilə ölçülür. Son illər Azərbaycan bu istiqamətdə diqqətəlayiq uğurlar qazanaraq beynəlxalq konfransların, idman yarışlarının, humanitar forumların və siyasi sammitlərin keçirildiyi etibarlı məkana çevrilib.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"ni də bu kateqoriyaya daxil etmək olar. 20 ölkədən 215-dən artıq qonaq elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdə iştirak edəcək, dünyaya önəmli mesajlar ünvanlayacaqlar. Tədbir Prezident İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir.

Azərbaycan tarixən Türk dünyasında əhəmiyyətli mövqeyi və rolu ilə seçilib və təsadüfi deyil ki, ilk Türkoloji Qurultay da məhz Bakıda baş tutub. Qurultayda müzakirə olunan mühüm elmi məsələlər, təşəbbüslər də Türk xalqlarının inteqrasiyasına zəmin yaradıb. Bu mənada, qurultay elmi-mədəni hadisə ilə yanaşı, ictimai-siyasi hadisə kimi tarixin yaddaşına həkk olunub. "Türk dünyası" anlayışı da məhz Birinci Türkoloji Qurultayda meydana çıxıb.

Odur ki, yubiley tədbirinin Azərbaycanda keçirilməsi xüsusi rəmzi məna daşıyır. Bu təkcə bir sıra tədbirlərin keçirildiyi təqvim hadisəsi deyil, həm də Türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti və elmi irsinin yenidən dəyərləndirildiyi mühüm beynəlxalq platformadır. Dünya türkologiyasının ən mühüm hadisələrindən biri hesab olunan Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən tədbir Azərbaycanın Türk dünyasının elmi və mədəni inteqrasiyasındakı tarixi rolunu bir daha nümayiş etdirir.


Türk dünyası - əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri kimi


Önəmli məqamlardan biri də budur ki, "Türk Dünyası Həftəsi" Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf edir. Prezident İlham Əliyev də iştirakçılara ünvanladığı müraciətdə bunu xüsusi vurğulayıb. Azərbaycan Prezidenti qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyü təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.


Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətdində aktiv fəaliyyəti ilə yadda qalıb: "Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik".

Prezident qeyd edib ki, 1926-cı ildə Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirildiyi kimi, onun 100 illiyinə həsr olunmuş tədbirin də Azərbaycan paytaxtında təşkil olunması təsadüfi deyil. Onun sözlərinə görə, Türk dünyasının birlik və həmrəyliyinin ən güclü müdafiəçilərindən olan Azərbaycan bu gün də Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir.

Türk dövlətlərinin başçıları Azərbaycanın lider rolu barədə


Digər Türk dövlətlərinin liderlərinin də bu tədbirə ünvanladıqları müraciətlərdə Azərbaycanın önəmi xüsusi vurğulanıb. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib ki, Azərbaycanın Türk dünyasında tutduğu yer xüsusidir: "Bu gün Siz bu şərəfli missiyanı layiqincə davam etdirərək qardaş ölkələr arasında əməkdaşlığın inkişafına fəal töhfə verirsiniz. Bu münasibətlə, mötəbər toplantının keçirilməsinə təşəbbüs göstərən Prezident İlham Heydər oğlu Əliyevə və Azərbaycan xalqına səmimi minnətdarlığımı bildirirəm".

Onun özbək həmkarı Şavkat Mirziyoyev isə müraciətində bildirib ki, Birinci Türkoloji Qurultay Türk xalqlarının elmi, mədəni və ictimai həyatının inkişafında yeni bir dövrün başlanğıcını qoyan tarixi hadisə kimi yadda qalıb: "Türk dünyası nümayəndələri ilə birlikdə bu forumun keçirilməsini türk xalqlarını birləşdirən ortaq dəyərlərə göstərilən yüksək ehtiramın təzahürü kimi qiymətləndiririk. Bu, türk xalqları arasında dostluq və birliyin daha da möhkəmləndirilməsi baxımından mühüm tarixi addım olacaq".


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müraciətində Birinci Türkoloji Qurultayın Türk dünyasının ortaq tarix, dil və mədəniyyət şüurunun formalaşmasında mühüm rol oynadığını xüsusi qeyd edib. O bildirib ki, qəbul edilən qərarlar və ortaya qoyulanlar elmi baxışlarla təkcə öz dövrünə deyil, bu günə də işıq salan irs formalaşdırıb. Müraciətdə, həmçinin vurğulanıb ki, qurultayın miras qoyduğu idealları yaşatmaq, gücləndirmək və gələcək nəsillərə ötürmək bütün Türk dünyasının ortaq məsuliyyətidir.

Qırğızıstan Prezidenti Sadır Japarov da Birinci Türkoloji Qurultayın 1926-cı ildə Bakıda keçirilməsinin türk xalqlarının intellektual, mədəni və siyasi birliyinin formalaşmasında tarixi dönüş nöqtəsi olduğunu bildirib: "100 il əvvəl Bakıda keçirilən Birinci Türkoloji Qurultay "Dildə, fikirdə, işdə birlik" şüarı altında türk xalqlarının gələcəyini müəyyənləşdirən, türk dünyasının intellektual dirçəlişinin əsasını qoyan mühüm tarixi hadisə olub. Qurultayın 100 illiyi türk dünyasının intellektual, mədəni və siyasi inteqrasiyasının əsrlik yolunun mühüm mərhələsi kimi dəyərləndirilə bilər".

Bakı 100 ildən sonra yenidən türkologiyanın gələcəyini müəyyənləşdirir

"Türk Dünyası Həftəsi"nin önəmi ondadır ki, tədbir türkologiyanın inkişafı, türk xalqlarının dili, mədəniyyəti və ortaq tarixi irsi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün yeni platformaya çevrilməyi hədəfləyir. Təkcə tarixi bir yubiley tədbiri deyil, həm də Türk dünyasının ortaq elmi, mədəni və strateji gələcəyinə verilən mühüm siyasi və mənəvi mesajdır. Bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XII Zirvə Görüşündə irəli sürülməsi Azərbaycanın Türk inteqrasiyası prosesində təşəbbüskar və birləşdirici rolunu bir daha nümayiş etdirir.


1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay Türk xalqlarının ortaq elmi düşüncəsinin formalaşmasında dönüş nöqtəsi olub. Həmin forumda dil, tarix, etnoqrafiya, ədəbiyyat, mədəni irs və xüsusilə vahid ümumtürk əlifbası kimi məsələlərin müzakirəyə çıxarılması o dövr üçün olduqca mütərəqqi addım idi. Qurultayın Bakıda keçirilməsi də təsadüfi deyildi. XX əsrin əvvəllərində Azərbaycan türk, eləcə də islam dünyasının modernləşmə prosesinin aparıcı mərkəzlərindən biri kimi yeni tipli təhsil, milli mətbuat, teatr və dövlətçilik ənənələri formalaşdırmışdı. Və sovet totalitar rejimi Birinci Türkoloji Qurultayın ideyalarının həyata keçirilməsinə mane olsa da, həmin forumun irəli sürdüyü elmi və mədəni prinsiplər tarixdən silinmədi. Əksinə, müstəqillik dövründə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi ilə həmin ideyalar yenidən aktuallıq qazandı.

Ortaq tarix keçmişi öyrənmək üçün deyil, gələcəyin qurulması üçün də mühüm əsasdır

Son illərdə Türk dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq sürətlə inkişaf edir və bu prosesin humanitar dayaqlarından biri də elm və mədəniyyət sahəsində inteqrasiyadır.

Beləliklə, "Türk Dünyası Həftəsi" də göstərir ki, ortaq tarix yalnız keçmişi öyrənmək üçün deyil, gələcəyin qurulması üçün də mühüm əsasdır. Bu platforma Türk dövlətləri arasında qarşılıqlı etimadı gücləndirir, ortaq layihələrin sayını artırır və gələcək nəsillərin ortaq kimlik şüurunun formalaşmasına xidmət edir. Azərbaycan son illərdə Türk dünyasında inteqrasiya proseslərinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsinə verdiyi töhfə və ortaq mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələr bunu bir daha təsdiq edir.

Birinci Türkoloji Qurultayın 100 illiyinin məhz Bakıda geniş şəkildə qeyd olunması həm tarixi ədalətin bərpası, həm də Azərbaycanın türkologiya elminin inkişafındakı tarixi missiyasının davamı kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin "Türk Dünyası Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə də vurğulandığı kimi, bu yubiley Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsi ilə ayrıca simvolik məna daşıyır. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbir ölkəmizin Türk dünyasının inteqrasiya proseslərində aparıcı mövqeyini bir daha nümayiş etdirir.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:35

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Siyasət

3-07-2025, 16:26

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Cəmiyyət

29-06-2026, 10:26

Azərbaycanda "Türk Dünyası Həftəsi" başlayıb

Gündəm / Siyasət

2-10-2024, 12:36

Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə