• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Siyasət

3-07-2025, 16:26

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

 

Son 20 ildə Azərbaycan beynəlxalq əhəmiyyətli konfranslara, forumlara və zirvə görüşlərinə ev sahibliyi etməklə, qlobal problemlərin müzakirə olunduğu mühüm platformaya çevrilib.

Bu təşəbbüslər sayəsində ölkə yalnız regionda deyil, həm də qlobal miqyasda diplomatik mövqeyini möhkəmləndirib. Azərbaycan BMT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını dərinləşdirərək, onların fəaliyyətinə və məqsədlərinə töhfə verir.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkənin qlobal siyasətdə daha fəal iştirakına şərait yaradır. Bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək dialoq və əməkdaşlıq imkanlarını genişləndirirlər. Bu da Azərbaycanın regional və beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi qəbul edilməsinə şərait yaradır.

Ölkənin bu istiqamətdə qazandığı ən mühüm nailiyyətlərdən biri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyidir. COP29 çərçivəsində əldə edilən yekun razılaşma, xüsusilə iqlim maliyyələşməsi sahəsində tarixi qərarın qəbul olunması, Azərbaycanın uğurunu beynəlxalq səviyyədə möhkəmləndirdi və bu tədbir iqlim diplomatiyası tarixində önəmli səhifə kimi yadda qaldı.

Ümumdünya Şəhərsalma Forumu - WUF nədir?

Urbanizasiya, iqlim dəyişikliyi və sosial bərabərlik kimi çağırışlar fonunda Ümumdünya Şəhərsalma Forumu (WUF) bu problemlərin müzakirə olunduğu ən mühüm qlobal platformalardan biridir. Forumun məqsədi şəhər mühitinin daha dayanıqlı, inklüziv və yaşanabilir olması istiqamətində təcrübə və ideya mübadiləsinə şərait yaratmaqdır. Bu platforma hökumətləri, şəhər rəhbərlərini, akademik dairələri, vətəndaş cəmiyyətini və özəl sektoru bir araya gətirir.

Forum BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil olunur. 1977-ci ildə yaradılan və 2001-ci ildən Proqram statusu alan UN-Habitat, BMT sistemində urbanizasiya və yaşayış məntəqələrinin inkişafı sahəsində əsas əlaqələndirici qurumdur. Təşkilatın əsas məqsədi dayanıqlı, inklüziv və təhlükəsiz şəhərlərin formalaşması, eyni zamanda yoxsulluğun və sosial bərabərsizliyin azaldılmasıdır.

WUF və qlobal mənzil böhranı

Mənzil hüququ insanların əsas sosial və iqtisadi ehtiyaclarındandır. Lakin sürətli urbanizasiya və artan tələbat fonunda münasib qiymətə mənzil əldə etmək imkanları bir çox ölkələrdə məhduddur. Dünya Bankının hesablamalarına görə, 2025-ci ilə təxminən 1,6 milyard insan mənzil çatışmazlığından əziyyət çəkir.

Beynəlxalq Valyuta Fondunun (IMF) məlumatları göstərir ki, bir çox ölkələrdə mənzil qiymətləri əhalinin gəlirlərindən daha sürətlə artır. Qlobal səviyyədə aparılan tədqiqatlar göstərir ki, 200 şəhərin 90 %-də orta gəlirli ailələrin münasib mənzil əldə etməsi mümkünsüzdür - bu şəhərlərdə mənzil qiymətləri orta gəlirin azı üç qatına bərabərdir. "Moody’s Analytics"in hesabatına əsasən, yalnız ABŞ-da mənzil çatışmazlığı 1,5 milyon təşkil edir - bu isə son 30 ilin ən aşağı kirayə və satış təkliflərinin müşahidə olunduğu dövrdür.

Bu çətinliklər fonunda WUF, qlobal mənzil böhranına diqqət çəkən və onun həllinə yönəlmiş strateji yanaşmaların təşviq olunduğu beynəlxalq platforma kimi çıxış edir. Forum təhlükəsiz, münasib və əlçatan mənzil təminatının sosial rifahın artırılması və şəhərlərin davamlı inkişafı baxımından strateji məsələ olduğunu vurğulayır.

Şəhərlər - tərəqqi və müxtəlifliyin mərkəzi

WUF-un əsas diqqət mərkəzi şəhərlərdir. Onlar yalnız iqtisadi və sosial inkişafın deyil, həm də mədəni müxtəlifliyin və irsin daşıyıcısı kimi çıxış edir. Submilli və yerli idarəetmə orqanları inklüziv, şəffaf və hüquqlara əsaslanan qərar qəbuletmə proseslərində həlledici rol oynayır. Bu, həm də gender bərabərliyinin təmin olunmasına və hər kəs üçün bərabər imkanların yaradılmasına töhfə verir.

Yeni Şəhərsalma Gündəliyi mədəniyyətin və mədəni irsin şəhər inkişafı üçün strateji resurs olduğunu tanıyır. Mədəniyyət yaradıcılığa və innovasiyaya təkan verir, şəhər məkanında sosial inteqrasiyanı gücləndirir və insanların öz irsləri ilə eyniləşməsinə şərait yaradır.

Forum qadınların və qızların şəhərsalma proseslərində fəal iştirakını xüsusi vurğulayır. Onların mədəni ifadə və qərar qəbuletmə mexanizmlərində iştirakını təmin etmək, cəmiyyətin daha bərabər və ədalətli inkişafına təkan verir.

Forum, BMT-nin 2030 Davamlı İnkişaf Gündəliyinin, Davamlı İnkişaf Məqsədlərinin, Paris İqlim Sazişinin və Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsinə töhfə verir. Azərbaycan da bu qlobal təşəbbüslərin fəal iştirakçısı kimi, inklüziv və dayanıqlı gələcək quruculuğunda öz rolunu möhkəmləndirməkdədir.

Azərbaycanın qlobal məsuliyyəti: Bakı Ümumdünya Şəhərsalma Forumuna hazırlaşır

2026-cı il mayın 17–22-də Bakı növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməklə, qlobal dialoqun və şəhərsalma siyasətinin mühüm mərkəzinə çevriləcək. Söhbət dünyanın aparıcı urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından gedir.

Bakıda keçiriləcək WUF13 sessiyası BMT-nin şəhərsalma sahəsindəki fəaliyyəti üçün simvolik əhəmiyyət daşıyan bir neçə mühüm yubileylə üst-üstə düşür. Belə ki, 2026-cı ildə - 1976-cı ildə keçirilmiş və "UN-Habitat"ın əsasını qoymuş "Habitat I" konfransının 50 illiyi, 1996-cı ildə İstanbulda keçirilmiş Habitat II konfransının 30 illiyi, 2016-cı ildə qəbul edilmiş "Yeni Şəhər Gündəliyi"nin 10 illiyi qeyd olunacaq.

Bu yubileylər BMT-nin şəhərsalma sahəsindəki tarixi mərhələlərini və qlobal urban inkişafındakı mühüm nailiyyətləri əks etdirir. WUF13-ün Bakıda keçirilməsi, bu mərhələlərin beynəlxalq ictimaiyyət tərəfindən qeyd olunması və Azərbaycanın şəhərsalma siyasətindəki qabaqcıl mövqeyinin təqdim olunması baxımından xüsusi önəm daşıyır.

Forum həmçinin ölkələrə ötən dövrdəki təcrübələri təhlil etmək, gələcək üçün yenilikçi və dayanıqlı həllər formalaşdırmaq imkanı təqdim edir. Azərbaycan üçün isə bu tədbir, ölkənin qlobal şəhərsalma gündəliyindəki yerini möhkəmləndirmək və regionda “ağıllı şəhər” modelini təşviq etmək baxımından mühüm fürsətdir.

Bakı-real nəticələrlə qlobal liderlik yolunda

WUF13-ə gedən yolda Bakı şəhəri konkret və ölçülə bilən nəticələrlə fərqlənir. Yaşıl zonaların genişləndirilməsi, ağıllı şəhər texnologiyalarının tətbiqi, iqlim diplomatiyası çərçivəsində yüksək səviyyəli görüşlərin təşkili və beynəlxalq platformalarda aktiv iştirak ölkənin bu sahədə strateji baxışını və praktiki nailiyyətlərini nümayiş etdirir.

WUF13 yalnız şəhərsalma üzrə mütəxəssislər üçün deyil, eyni zamanda iqlim dəyişiklikləri, infrastruktur, texnologiya, kənd təsərrüfatı və insan rifahı sahələrində çalışan qlobal aktorlar üçün gələcəyin şəhərlərinin qurulmasına dair yol xəritəsi təqdim edəcək.

Azərbaycanın bu sahədə artan beynəlxalq nüfuzu təkcə forumun ev sahibliyi ilə məhdudlaşmır. Ölkəmiz "UN-Habitat" ilə əməkdaşlıq çərçivəsində insan mərkəzli, ağıllı və dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində bilik və təcrübə mübadiləsinə fəal töhfə verir.

2023-cü ilin iyununda keçirilmiş "UN-Habitat" Assambleyasının ikinci sessiyasında qəbul olunmuş qətnaməyə əsasən, “BMT-nin İnsan Mərkəzli Ağıllı Şəhərlər üzrə Beynəlxalq Təlimat” sənədinin hazırlanması məqsədilə yaradılan ekspert qrupuna Azərbaycan iki nümayəndə ilə təmsil olunur. Bu qrupda 24 ölkədən 31 mütəxəssis yer alır. Azərbaycanın burada təmsil olunması ölkəmizin həm praktiki, eyni zamanda elmi və strateji sahədə də əhəmiyyətli rol oynadığını sübut edir.

Hazırlanmış təlimat sənədi 2024-cü ilin mayında Nayrobidə təqdim olunub və üzv dövlətlər tərəfindən geniş müzakirəyə çıxarılıb. Bu sənədin gələcəkdə şəhərsalmanın planlaşdırılması və idarə olunmasında qlobal standart kimi çıxış etməsi nəzərdə tutulur.

Təlimat sənədi eyni zamanda şəhərsalma ilə ətraf mühitin inteqrasiyası, xüsusilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm alətə çevrilə bilər. Şəhərsalma məsələləri 2022-ci ildə Şarm əl-Şeyxdə keçirilmiş COP27 konfransından bəri iqlim gündəliyində xüsusi yer tutur. Bu çərçivədə yüksək səviyyəli nazir görüşləri və tematik tədbirlər davamlı şəkildə təşkil olunur.

Azərbaycan da bu proseslərdə fəal iştirak edərək, şəhərlərin iqlim davamlılığı və dayanıqlılığı sahəsində qlobal müzakirələrin mərkəzinə çevrilməkdədir.

Azərbaycanın yeni urban fəlsəfəsinin qlobal təqdimatı

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Report"a açıqlamasında qeyd edib ki, WUF13 dünyanın müxtəlif regionlarından hökumət nümayəndələri, BMT agentlikləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti qurumları, akademik dairələr və özəl sektor nümayəndələrini bir araya gətirərək strateji fikir mübadiləsi üçün unikal platforma yaradır:

"Forum çərçivəsində ağıllı idarəetmə, rəqəmsallaşma, dayanıqlı enerji və iqlimə davamlı infrastruktur kimi sahələrdə qabaqcıl ideya və təcrübələrin müzakirəsi gözlənilir. Bakı isə bu baxımdan yalnız ev sahibi deyil, həm də regionda davamlı urbanizasiya sahəsində lider mərkəz kimi çıxış edir".

Onun sözlərinə görə, forum çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində - Zəngilan, Laçın və Füzuli rayonlarında həyata keçirilən “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin təqdim olunması xüsusi əhəmiyyət kəsb edəcək: "Bu layihələr "yaşıl enerji", rəqəmsal texnologiyalar və inklüziv dizayn prinsiplərinə əsaslanaraq, dünya miqyasında unikal post-münaqişə şəhərsalma modeli kimi tanınmaq potensialına malikdir.

 

Ramil İskəndərli

Bu təqdimat Azərbaycanın münaqişədən sonrakı dövrdə yenidənqurma və dayanıqlı inkişaf sahəsində beynəlxalq nümunəyə çevrilmək yolunda atdığı mühüm addımlardan biridir".

R. İskəndərli əlavə edib ki, WUF13 QHT Koalisiyası Azərbaycan vətəndaş cəmiyyətinin qlobal urbanizasiya debatlarında fəal iştirakını təmin edir. Bu təşəbbüs sayəsində ölkəmiz yalnız şəhərsalma praktikası ilə deyil, qlobal vətəndaş cəmiyyəti arxitekturasının qurulmasında da fəal iştirak edən lider aktora çevrilməkdədir, o hesab edir.

"WUF13-un Bakıda keçirilməsi Azərbaycanın təkcə tədbirin təşkilatçısı kimi yox, həm də qlobal siyasət və strateji planlaşdırma proseslərinin fəal iştirakçısı və formalaşdırıcısı kimi tanınmasını təmin edəcək. Bu Forum həm də Azərbaycanın innovativ yanaşmalar, inklüziv şəhərsalma və dayanıqlı inkişaf üzrə qlobal töhfə verən ölkə kimi artan nüfuzunu daha da gücləndirəcək", - Milli QHT Forumunun sədri deyib.

Azərbaycanın qlobal reputasiyası daha da möhkəmlənir

O vurğulayıb ki, Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin yalnız təşkilatçı kimi yox, həm də qlobal siyasətin və strateji planlaşdırma proseslərinin fəal iştirakçısı və formalaşdırıcısı kimi tanınmasına mühüm töhfə verəcək: "Bu forum Azərbaycanın innovativ yanaşmalar, inklüziv şəhərsalma və dayanıqlı inkişaf sahəsində qlobal töhfə verən, təşəbbüskar ölkə imicini daha da gücləndirəcək.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva hesab edir ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf, urbanizasiya və ətraf mühit sahələrində beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı olduğunu bir daha nümayiş etdirir. Onun fikrincə, belə mötəbər tədbirlərə ev sahibliyi ölkənin artan beynəlxalq nüfuzunu əks etdirməklə yanaşı, diplomatik əlaqələrin yeni formatda inkişafına da şərait yaradır. Bu forum vasitəsilə Azərbaycan COP29 zamanı əldə olunan nailiyyətlərin, xüsusilə iqlim maliyyələşməsi və qlobal maliyyə öhdəliklərinin artırılması təşəbbüslərinin davamlılığını təmin edə bilər, Qlobal Cənub ilə Şimal arasında dayanıqlı inkişaf gündəliyində vasitəçi və təşəbbüskar ölkə imicini daha da gücləndirəcək.

Deputat qeyd edib ki, Azərbaycanın belə qlobal tədbirlərə ev sahibliyi etməsi ölkənin strateji vizyonunun, regional liderliyinin və qlobal siyasətdə fəal iştirakının sübutudur. Bu yanaşma həm də “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər” strategiyasına uyğun olaraq ölkənin urbanizasiya, ekoloji təhlükəsizlik və dayanıqlı inkişaf sahələrində beynəlxalq əməkdaşlığını dərinləşdirmək üçün geniş imkanlar yaradır.

Pərvanə Vəliyeva

"2026-cı ilin iyununda Azərbaycanda keçiriləcək BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Ümumdünya Ətraf Mühit Günü ilə WUF13 arasında sinerji yaradılması da bu baxımdan əlamətdar hadisə olacaq. Həm "UN-Habitat", həm də UNEP ilə paralel əməkdaşlıq formatlarının qurulması Azərbaycanın BMT ilə gələcək əməkdaşlıq gündəliyində hansı prioritet sahələrə diqqət ayıracağını da aydın şəkildə ortaya qoyur", - P.Vəliyeva qeyd edib.

O vurğulayıb ki, WUF13 dövlət orqanları, özəl sektor, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti arasında genişmiqyaslı əməkdaşlıqlar üçün əlverişli zəmin yaradır. Bu platforma QHT-lərin iştirakçılığının artırılması və institusional əməkdaşlıqların qurulması üçün mühüm imkanlar açır.

"Azərbaycan QHT-ləri artıq yalnız yerli səviyyədə fəaliyyət göstərmək və xarici təşəbbüslərlə məhdudlaşmaq mərhələsini geridə qoyub. Onlar qlobal təşəbbüslərin təşkili, beynəlxalq əməkdaşlıq mexanizmlərinin qurulması və həyata keçirilməsi sahəsində aktiv rol oynayır. Bu, xüsusilə dövlətin şəhərsalma siyasətində QHT-lərin iştirakçılığını artıracaq. Azərbaycan QHT sektoru artıq lokal səviyyədə fəaliyyət göstərmək və ölkə xaricində ayrı-ayrı təşəbbüslərlə kifayətlənmək mərhələsini geridə qoyaraq, qlobal təşəbbüslərin irəli sürülməsi, beynəlxalq əməkdaşlıq formatlarının formalaşdırılması və həyata keçirilməsi mərhələsinə qədəm qoyub. Bu sektor hazırda xarici siyasətimizin prioritet istiqamətlərində dövlət siyasətini dəstəkləmək və gücləndirmək üçün effektiv bir tərəfdaşa çevrilib və yeni keyfiyyət mərhələsinə çatıb.

COP29 prosesi zamanı nümayiş olunan peşəkar və strateji yanaşma bu inkişaf mərhələsinin bariz nümunəsi olub. Qlobal Cənub ölkələrinin Azərbaycana artan marağı nəticəsində formalaşan Qlobal Cənub QHT Platforması da COP29-un irsi baxımından əhəmiyyətli təşəbbüsdür", - P.Vəliyeva hesab edir.

Onun sözlərinə görə, Azərbaycan Milli QHT Forumu WUF13-ə hazırlıq çərçivəsində mühüm təşəbbüslərlə çıxış edir: "Bu istiqamətdə ilk mühüm addım kimi, 2025-ci il martın 12-də Forumun təşəbbüsü ilə “WUF13 QHT Koalisiyası” təsis edilib. Hibrid formatda keçirilmiş təsis konfransında 18 ölkədən 25 xarici QHT iştirak edib. Azərbaycan tərəfini bu Koalisiyada ölkənin vətəndaş cəmiyyətinin aparıcı qurumu olan Azərbaycan Milli QHT Forumu təmsil edir. Bu isə Azərbaycanın beynəlxalq miqyasda moderator və lider rolunun daha da artdığını göstərir.

Koalisiyanın yaradılması, vətəndaş cəmiyyətinin WUF13-də sistemli, koordinasiyalı və tematik əsaslı iştirakını təmin etmək ehtiyacından irəli gəlib. İctimai marağın artması, QHT-lərin fəaliyyət sahələrinin Forumun gündəliyi ilə üst-üstə düşməsi, inklüziv və iştirakçılıq əsaslı yanaşmanın təşviqi bu strukturun zəruriliyini bir daha təsdiq edib".

O əlavə edib ki, WUF13 QHT Koalisiyası vətəndaş cəmiyyətinin səsinin beynəlxalq səviyyədə eşidilməsi, urbanizasiya və dayanıqlı inkişafla bağlı mövzularda təcrübə və məlumat mübadiləsinin təşviqi, yerli və beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması baxımından mühüm platforma kimi çıxış edir. Koalisiya, Forum çərçivəsində QHT-lərin fəal iştirakını təşkil etməklə yanaşı, bu iştirakın dayanıqlı strateji əməkdaşlıqlara çevrilməsini də hədəfləyir, yəni forumdan sonra da urbanizasiya sahəsində vətəndaş cəmiyyətinin iştirakını təmin etməyə davam edəcək.

"Eyni zamanda, Koalisiya lokal və beynəlxalq QHT-lər arasında körpü rolu oynamaq öhdəliyini öz üzərinə götürür. Bu rol vasitəsilə həm yerli bilik və təcrübənin beynəlxalq platformalara ötürülməsi, həm də qlobal praktikaların yerli səviyyədə tətbiqi təşviq olunur. Beləliklə, Azərbaycan QHT-ləri qlobal urbanizasiya şəbəkələrinə fəal şəkildə qoşulmaq və bu sahədə mövcud bilikləri zənginləşdirmək üçün real imkanlar əldə edir", - deputat vurğulayıb.

Beləliklə, Bakıda keçiriləcək WUF13 Azərbaycanın şəhərsalma sahəsində qlobal liderliyə iddialı olduğunu təsdiqləməklə yanaşı, ölkəmiz üçün mövcud təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və qlobal siyasətə töhfə vermək baxımından mühüm fürsətlər açır. Xüsusilə post-münaqişə dövründə bərpa, ağıllı və yaşıl şəhərsalma modellərinin tətbiqi, mədəni irsin qorunması və inklüziv idarəetmənin təşviqi sahələrində Azərbaycan artıq uğurlu nümunələr ortaya qoyub. Bu nümunələr WUF13 vasitəsilə qlobal miqyasda paylaşılacaq və ölkəmizin şəhərsalma üzrə strateji vizyonu beynəlxalq səviyyədə daha da tanınacaq.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

20-09-2024, 17:22

Prezidentdən neft sənayesi işçilərinə - Təbrik

Gündəm / Siyasət

14-03-2024, 10:28

XI Qlobal Bakı Forumu işə başlayıb, İlham Əliyev tədbirdə iştirak edir

Gündəm / Mədəniyyət

29-04-2024, 12:00

VI Ümumdünya Mədəniyyətlərarası Forumda 700 qonaq olacaq

Gündəm / Siyasət

26-03-2024, 11:51

Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”

Gündəm / Cəmiyyət

9-10-2024, 17:47

COP29-un uğurla keçəcəyinə ümidvaram - PREZİDENT

Araşdırma
İlham Əliyev Donald Trampı təbrik edib
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır
TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Azərbaycanda QHT layihələri "bir pəncərə" prinsipi ilə maliyyələşdiriləcək
Hadisə
Сегодня, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
10-06-2026, 17:20
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 11:05
DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər
6-06-2026, 12:51
Binədə mağaza yanıb
Son xəbərlər
  • Сегодня, 18:10
    Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək
  • Сегодня, 16:57
    Azərbaycan Rusiyaya nota verib
  • Сегодня, 16:06
    Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
  • Сегодня, 15:15
    Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Сегодня, 14:30
    DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
  • Сегодня, 13:07
    Sabah 37 dərəcə isti olacaq
  • Сегодня, 12:55
    Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
  • Сегодня, 12:24
    "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb
  • Сегодня, 11:35
    İlham Əliyev Malavi Prezidentini təbrik edib
  • Сегодня, 10:52
    Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirəcək
  • Сегодня, 09:37
    Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • Сегодня, 09:04
    Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
  • 4-07-2026, 10:55
    İlham Əliyev Donald Trampı təbrik edib
  • 4-07-2026, 10:12
    Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
  • 4-07-2026, 08:53
    Azərbaycan XİN ABŞ-ni təbrik edib
  • 4-07-2026, 08:28
    İranda Əli Xamenei ilə vida mərasimi başlayıb
  • 3-07-2026, 16:45
    Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
  • 3-07-2026, 15:16
    Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı "Saki" aerodromuna zərbə endirib
  • 3-07-2026, 14:29
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
  • 3-07-2026, 12:56
    Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar
  • 3-07-2026, 12:22
    Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
  • 3-07-2026, 11:04
    Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
  • 3-07-2026, 10:23
    "Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
  • 3-07-2026, 09:43
    Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək
  • 2-07-2026, 18:49
    Sabunçuda yol qəzası olub, ölən və yaralanan var
  • 2-07-2026, 18:12
    Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • 2-07-2026, 17:19
    "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
  • 2-07-2026, 16:31
    Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
  • 2-07-2026, 16:02
    Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
  • 2-07-2026, 15:19
    "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
  • 2-07-2026, 14:37
    Xalqa və dövlətə xidmət təntənəsi - Azərbaycan polisi 108-ci ilini qeyd edir
  • 2-07-2026, 13:00
    Sabah Bakıda 35 dərəcə isti olacaq
  • 2-07-2026, 12:16
    Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
  • 2-07-2026, 11:37
    Ukrayna Rusiyadakı "Lukoyl-Nijeqorodnefteorqsintez" NEZ-ə zərbə endirib
  • 2-07-2026, 10:47
    İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə