• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

Cəmiyyət

23-05-2026, 09:50

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi mötəbər tədbiri ən yüksək səviyyədə təşkil etməklə, növbəti dəfə mühüm beynəlxalq sınağın öhdəsindən uğurla gəldi. Bu mötəbər tədbirin uğurla reallaşdırılması ölkəmizin təkcə yüksək təşkilatçılıq bacarığını deyil, həm də qlobal şəhərsalma çağırışlarına, sosial məskunlaşma və urbanizasiya problemlərinə yaradıcı yanaşmasını bütün dünyaya nümayiş etdirdi. Forumun davam etdiyi altı gün ərzində Azərbaycanın elmi-texnoloji yeniliklərə əsaslanan təcrübəsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşıl zona" layihələri beynəlxalq birliyin xüsusi rəğbətini qazandı.

Forum işini başa çatdırsa da, onun qlobal miqyaslı əks-sədası hələ də davam etməkdədir. Dünyanın aparıcı media resursları Prezident İlham Əliyevin açılış mərasimindəki konseptual çıxışını, ölkəmizin foruma nümunəvi ev sahibliyini və şəhərsalma sahəsindəki nailiyyətlərini geniş işıqlandıraraq silsilə materiallar yayımlayıb. Beynəlxalq mətbuat WUF13-ü qlobal şəhərsalma gündəmini müəyyən edən ən mühüm intellektual və siyasi platforma, müasir urbanizasiya böhranlarına qarşı "Bakı Çağırışı"nın səsləndiyi strateji məkan kimi xarakterizə edib. Forumda müzakirə olunan iqlim dözümlülüyü, mənzil əlçatanlığı və rəqəmsal transformasiya kimi mövzular bəşəriyyətin gələcək taleyini həll edən aktual məsələlər kimi dünyanın aparıcı xəbər agentliklərinin manşetinə çevrilib. Səsləndirilən innovativ həllər bir daha təsdiqlədi ki, Azərbaycan qlobal problemlərin həllində təkcə ev sahibi deyil, həm də mühüm ideya və strategiya ixracatçısıdır.

WUF13 ilk gündən etibarən Türkiyə mediası tərəfindən böyük maraqla qarşılanıb. Qardaş ölkənin "Anadolu Ajansı", "Haber Global", "TRT Haber", "CNN Türk", "Yeni Şafak", "Milliyet", "Türkiye Gazetesi", "Akşam", "Star" və "İhlas Haber Ajansı" kimi mötəbər media qurumları WUF13-ü region və dünya üçün mühüm platforma kimi təqdim edib. Materiallarda Bakının urbanizasiya, "ağıllı şəhər", yaşıl enerji, dayanıqlı nəqliyyat və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq müzakirələrin mərkəzinə çevrildiyi vurğulanıb. Türkiyə mediası Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində peşəkarlığını və yüksək logistika imkanlarını da xüsusi qeyd edib.

İranın IRNA, ISNA, "Mehr News", "Tasnim", "Fars News", ILNA, YJC və "Bultan News" kimi aparıcı media orqanları da Bakıdakı forumu inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm imkan kimi dəyərləndirib. İran nəşrlərində Bakı forumunun regional əməkdaşlıq, davamlı şəhər inkişafı və ekoloji yanaşmalar baxımından əhəmiyyətinə diqqət çəkilib. Məqalələrdə Azərbaycanın "Yaşıl şəhər" konsepsiyası və müasir urbanizasiya təcrübələrinin forumun əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Pakistan mediası da Foruma ilk gündən geniş yer ayırıb. Dost ölkənin APP Agentliyi, "Radio Pakistan", DND, "The News", "Nation" və "Tribune" nəşrləri forumu urbanizasiya çağırışları və beynəlxalq tərəfdaşlıq baxımından mühüm platforma kimi təqdim edib. Materiallarda Pakistan nümayəndə heyətinin Bakıda şəhər inkişafı strategiyalarını və urbanizasiya layihələrini təqdim etdiyi bildirilib.

Rusiyanın TASS, "RİA Novosti", "İnterfaks" agentlikləri, "Rossiyskaya Gazeta" və "Vestnik Kavkaza" nəşrləri də Bakının beynəlxalq urbanizasiya gündəliyində artan rolunu ön plana çıxarıb. Eyni zamanda vurğulanıb ki, 2024-cü ilin noyabrında COP29-dan sonra indi WUF13-ü keçirməklə Azərbaycan qlobal beynəlxalq tədbirdə ev sahibliyi etmək qabiliyyətini bir daha nümayiş etdirdi. Xəbərlərdə WUF13-ün nəticələrinin yaxın gələcəkdə beynəlxalq şəhər idarəçiliyi standartlarını yenidən formalaşdıracağı bildirilib.

Hindistanın "The Hindu", "Times of India", "Hindustan Times" nəşrləri və ANI Agentliyi WUF13-ü qlobal şəhər inkişafı siyasətinin əsas beynəlxalq platformalarından biri kimi qiymətləndirib. Hindistan mediasında Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyi, Bakının isə urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın vacib mərkəzinə çevrildiyi vurğulanıb.

Qazaxıstanın "Kazinform" Agentliyi, "Kazpravda", "24.kz" və "Egemen Qazaqstan" nəşrləri WUF13-ü Mərkəzi Asiya regionu üçün vacib əməkdaşlıq və təcrübə platforması kimi xarakterizə edib.

Özbəkistanın UZA Agentliyi, "Kun.uz", "Gazeta.uz" və "Yuz.uz" nəşrləri də Bakıda keçirilən forumun şəhərlərin dayanıqlı inkişafı və innovativ urbanizasiya modellərinin müzakirəsində mühüm rol oynadığını yazıblar.

Gürcüstanın "Interpressnews", "1TV" və "BM.ge" nəşrləri forumu region ölkələri üçün vacib beynəlxalq platforma kimi qiymətləndiriblər.

Ukraynanın "Ukrinform", "RBC-Ukrayna" və "İnterfaks-Ukrayna" agentlikləri forum çərçivəsində şəhərlərin bərpası, dayanıqlı infrastruktur və rəqəmsal urbanizasiya məsələlərinə diqqət çəkib.

Misirin "Əl-Əhram", "Youm7" və "Al Masry Al Youm" nəşrlərində isə forumun Yaxın Şərq və Afrika regionu üçün əhəmiyyəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyi, "Al İttihad" və "Emarat Al Youm" qəzetləri, həmçinin Səudiyyə Ərəbistanının SPA Agentliyi, "Ər-Riyad" və "Okaz" nəşrləri Bakının qlobal şəhərsalma gündəliyinin əsas müzakirə məkanlarından birinə çevrildiyini qeyd edib.

Çinin "Sinxua", İndoneziyanın "Antara", Malayziyanın "Bernama", Vyetnamın VNA, ABŞ-nin "Associated Press", Fransanın AFP, Almaniyanın DPA, İtaliyanın ANSA, İspaniyanın EFE agentlikləri, Böyük Britaniyanın BBC platforması, eləcə də Tacikistanın "Xovar", Qırğızıstanın "Kabar", Macarıstanın MTI və Bolqarıstanın BTA agentlikləri də WUF13 barədə geniş materiallar yayımlayıblar.

Beləliklə, beynəlxalq mediada yayımlanan materiallar WUF13-ün müasir urbanizasiya tarixində həlledici dönüş nöqtəsi olduğu vurğulanıb. Dünya mətbuatı Forumun ilk günündən sonunadək Azərbaycanın yaşıl inkişaf, "ağıllı" şəhərlər və inklüziv mənzil siyasəti üzrə təqdim etdiyi innovativ həlləri qlobal gündəmin əsas prioriteti kimi diqqət mərkəzində saxlayıb. Bu informasiyalar, dünya mediasının bu marağı göstərir ki, Bakı platforması iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin maraqlarını birləşdirən nadir dialoq mərkəzinə çevrildi, Azərbaycan isə gələcəyin dayanıqlı şəhər modellərini formalaşdıran strateji güc mərkəzi statusunu bir daha təsdiq etdi.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

3-07-2025, 16:26

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Siyasət

4-10-2024, 17:33

Prezident və xanımı Cəbrayılda açılışda - Yenilənib - Video - Fotolar

Gündəm / Siyasət

2-10-2024, 12:36

Azərbaycanın yeni diplomatik prioriteti – Türk Dövlətləri Təşkilatı – ANALİZ

Gündəm / İdman

17-03-2025, 10:35

Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək - Fotolar

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə