• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Gündəm / Araşdırma

31-07-2026, 17:12

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH


Sabahdan Türkiyə Hərbi Qüvvələri NATO çərçivəsində dörd ay müddətinə Baltikyanı ölkələrin hava məkanını qoruyacaq. Cümhuriyyət Alyans tarixində Baltikyanı ölkələr üzrə ilk dəfə bu xidməti həyata keçirəcək.

Türkiyə 2026-cı il avqustun 1-dən – noyabrın 30-dək Estoniyada yerləşən Amari Hərbi Hava Bazasında 5 ədəd F-16 döyüş təyyarəsi və 76 nəfərlik heyətlə NATO-nun Baltik Hava Polisliyi vəzifəsini yerinə yetirəcək. Cümhuriyyət hərbçiləri Estoniyada növbəni Portuqaliyadan təhvil alır.

NATO Hava Polisliyi müttəfiqlərin hava məkanının təhlükəsizliyini qorumağı hədəfləyən, sülh şəraitində daimi dövri vəzifəni icra edir. Kollektiv bir vəzifə olan hava polisliyi, mümkün hava məkanı pozuntularına sürətli müdaxilə etməyə hazır döyüş təyyarələri və heyətinin həftənin 7 günü, 24 saat daimi xidmətdə olur.

Bu, Alyansdakı müttəfiqlər arasında həmrəylik göstəricisidir. Xidmət çərçivəsində uyğun döyüş təyyarəsi imkanına sahib ölkələr belə imkana sahib olmayan üzv dövlətlərin hava məkanının təhlükəsizliyinin qorunmasına yardım edirlər.

NATO Hava Polisliyi vəzifəsi ilə 2004-cü ildən Estoniya, Latviya və Litvanın səmasının təhlükəsizliyi ittifaqa üzv ölkələr tərəfindən təmin edilir. Xüsusi qabiliyyətlərə sahib olan Alyans üzvləri NATO-nun Baltik Hava Polisliyi missiyasına könüllü olaraq töhfə verir. Bu xidmət dörd aydan bir növbəli şəkildə həyata keçirilir.

2004-cü ildən bu istiqamətdə fəaliyyət göstərən NATO döyüş təyyarələri Litvadakı Şaulyay Hərbi Hava Bazasına dislokasiya edilirdi. 2014-cü ildən bəri isə Estoniyadakı Amari Hərbi Hava Bazasında da yerləşdirilən Alyansın döyüş təyyarələri 2024-cü ildən Latviyada Lielvarde Hərbi Hava Bazasında xidmət edirlər.

Türkiyə Hərbi Hava Qüvvələri isə NATO Hava Polisliyi vəzifəsi çərçivəsində 2021-ci il iyulun 6-dan sentyabrın 15-dək Polşada, 2023-cü il noyabrın 30-dan 2024-cü il aprelin 2-dək Rumıniyada Təkmilləşdirilmiş Hava Polisliyi vəzifələrinin icrasını uğurla başa vurub.

Türkiyə Hərbi Hava Qüvvələrinin 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyada həyata keçiriləcək Hava Polisliyi vəzifəsini öz üzərinə götürməsi də planlaşdırılıb. Müttəfiq ölkələrin ərazi bütövlüyü və sərhədlərinin qorunmasında fəal iştirak etməsi onun Alyansdakı nüfuzunun göstəricisidir. Çünki Cümhuriyyət NATO daxilində güclü ordulardan biridir. O, həssas geostrateji mövqeyə malikdir. Türkiyə Qara dəniz, Yaxın Şərq və Aralıq dənizinin şərqində NATO və müttəfiqlər üçün başlıca dayaq mövqeyidir.

Türkiyə NATO-ya 1952-ci il fevralın 18-dən üzvdür. Onun ordusu ittifaqda ABŞ-dən sonra ikinci hərbi gücə sahibdir. NATO-nun Quru Qoşunları Komandanlığının qərargahı (LANDCOM) İzmirdə yerləşir. Alyans büdcəsinə və qurumun tədbirlərinə dəstək, töhfə baxımından cümhuriyyət ilk beşlikdə olan üzvdür.

Təsadüfi deyil ki, bu gün Türkiyə hərbi, təhlükəsizlik, siyasi, mədəni, ictimai, iqtisadi və başqa sahələr baxımından Avropanın, Qərbin güvənəcəyi əsas müttəfiqlərindəndir. Onun hərbi texnika əldə etməsi və gücü barədə ABŞ Prezidenti Donald Tramp bu günlərdə verdiyi açıqlama ilə ölkənin vəziyyətini daha əhatəli xarakterizə edib. O, İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ-nin Türkiyəyə "F-35" satışına qarşı çıxmasına dair mövzudan danışarkən deyib: "Heç kim mənə kimə nəyi satıb-satmamağımızın lazım olduğunu deyə bilməz. Türkiyə böyük müttəfiqimizdir".

ABŞ lideri vurğulayıb ki, Türkiyənin möhtəşəm, çox güclü ordusu var: "İnsanlar Türkiyənin hərbi baxımdan nə qədər böyük və güclü bir ölkə olduğunun fərqində deyil. Türkiyə çox güclü bir orduya sahibdir".

Təhlükəsizlik və müdafiə sahəsində Avropadakı müttəfiqlərini tənqid etdiyi halda Trampın belə dəyərləndirməsi Türkiyəyə NATO daxilində fərqli, müsbət münasibətdir.


NATO-nun Baş katibi Rutte də Ankarada keçirilən NATO sammitində bildirib ki, Türkiyənin nəhəng müdafiə sənayesi bazası var.

Avropa İkinci Dünya Müharibəsindən sonra təhlükəsizliyini daha da gücləndirib. ABŞ-nin liderliyi ilə bu istiqamətdə, ilk növbədə, NATO-ya üstünlük verilib. Bir sıra baxımdan qitənin bəzi dövlətləri təhlükəsizlik və sərhədlərinin qorunması üçün Alyansdakı müttəfiqlərin imkanından yararlanırlar.

Türkiyə də daxil olmaqla NATO üzvləri təhlükəsizliyi və ərazilərini qorumağın məsuliyyətini üzərlərinə götürürlər. Üzv dövlətlərin sərhədlərinin pozulması Şimali Atlatika Alyansının ərazisinə müdaxilədir. Bu, NATO müqaviləsinin 4-cü maddəsi ilə tənzimlənir. Həmin müddəaya əsasən, sərhəd pozulması zamanı müttəfiq Hava Polisi tapşırıqlarını sürətli müdaxilə və lazım gəldikdə kollektiv müdafiə mexanizmlərinin işə salınması ilə həll edir.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv Avropa ölkələrinin təhlükəsizliyi məsələsi aktuallaşdı. Xüsusən Baltikyanı ölkələr - Estoniya, Litva və Latviyada bu təhlükənin mümkün nəticələrinə daha həssaslıqla yanaşılır.

Məlumatlara əsasən, Rusiyaya məxsus dronların 2025-ci ilin əvvəlindən Baltik ölkələrinin hava məkanını davamlı olaraq azı 24 dəfə pozması hadisəsi qeydə alınıb. Ehtimal olunur ki, 2026-cı ilin martında federasiyanın pilotsuz uçuş aparatları Latviyadakı neft bazası daxil olmaqla qonşu Estoniyadakı obyektlərə zərbə endirib. Bir müddət əvvəl isə Estoniya səmasında uçan dron vurulub. 2026-cı ilin iyulundan NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasının statusunu genişləndirib.

Alyansın qırıcı pilotları hava sərhədlərini pozan pilotsuz uçuş aparatlarını vurmaq hüququnu rəsmləşdirdilər.


ABŞ və Baltik ölkələrinin rəhbərliyi Rusiyanın hərəkətlərini açıq şəkildə pisləyərək insidentləri "müharibə həddindən aşağı" təzyiq aləti və Avropa təhlükəsizliyinə qarşı hibrid təhdid kimi qiymətləndirir.

Türkiyənin bəhs etdiyimiz missiyada iştirakı onun nüfuzunun və gücünü göstəricisi olmaqla yanaşı, həm də döyüş qabiliyyətini, peşəkarlığını artırmaq üçün yeni bir fürsətdir. Rəsmi Ankara NATO-ya üzv olduğu vaxtdan onun aksiyalarının fəal iştirakçılarından olub. Koreya müharibəsindən başlayaraq Əfqanıstan, Liviya, İraq, Suriya, Kosovo, Bosniya və Herseqovinada, habelə başqa ölkələrdə Alyansın missiyası daxilində fəal rol oynayıb. Yuqoslaviya hadisələrində Türkiyənin tutduğu mövqe itkilərin sayının azalmasını təmin edib.

Son illər – Suriyaya İŞİD-in müdaxiləsində, Rusiyanın Ukraynada apardığı müharibədə də cümhuriyyət Avropanın təhlükəsizliyinin təmin edilməsində, qaçqınların yerləşdirilməsində aparıcı olub. İraq, Suriya və regionun başqa ölkələrindən Türkiyəyə milyonlarla insanın axın etməsi zamanı baş verənlər buna bariz nümunədir. Həmin illərdə orada milyonlarla qaçqın sığınacaq almışdı. Bu isə başlamış prosesə hazır olmayan Avropanın təhlükəsizliyinin təmin olunması, humanitar faciənin qarşısının alınmasına töhfə idi.


Bunlarla yanaşı, bəzi hallarda müttəfiqlər belə Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyinə zidd addımlar atıblar. 2024-cü ildə İsveç və Finlandiya NATO-ya üzv olanda bu kimi davranışların bəziləri ifşa edildi. Onda Türkiyə aşağıdakı kimi şərtləri irəli sürmüşdü:

- İsveç PKK, YPG/PYD və FETÖ kimi terror qrupların fəaliyyətlərinə və maliyyələşdirilməsinə icazə verməsin;

- İsveç terrorla mübarizə qanunlarını və konstitusion tənzimləmələrini sərtləşdirərək konkret addımlar atsın, ol xəritəsi təqdim etsin;

- Türkiyənin tələb etdiyi terror şübhəlilərinin təhvil verilməsi məsələsində məhkəmə əməkdaşlığı aparılsın;

- Türkiyəyə qarşı müdafiə ticarəti və investisiyalarında tətbiq olunan bütün embarqo, məhdudiyyət və maneələr aradan qaldırılsın;

- İsveç Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə, Gömrük İttifaqının yenilənməsinə və viza azadlığına fəal dəstək versin və s.

Çünki bu kimi ölkələr Türkiyənin torpaq bütövlüyünü pozan, təhlükəsizliyinin təhdid edən şəxslərə, qrup və təşkilatlara ərazisində sığınacaq verib, onların fəaliyyətinə göz yumub. Ancaq üzv olandan sonra həmin ölkələrin ərazi bütövlüyü və təhlükəsizliyi uğurunda Türkiyə hərbçisi NATO çərçivəsində mübarizə aparıb, həlak belə olub.

Bu kimi məsələləri rəsmi Ankara Alyansdakı müttəfiqləri qarşısında daim təklif olaraq irəli sürür. Son illər o bu istiqamətdə müəyyən irəliləyişə nail olub.

Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır. Onun 76 pilotu sabahdan Baltikyanı ölkələrin səmasında Hava Polisi olaraq vəzifəsinin icrasına başlayacaq. Bu həm də o deməkdir ki, həmin hərbçilər region ölkələrinə öz dövlətləri kimi xidmət edəcəklər. Türk şahinləri dörd ay ərzində Estoniya, Latviya və Litvanın səmasını Rusiya başda olmaqla digər sərhəd pozanlardan qoruyacaq...(Report)

Paylaş:
Digər xəbərlər

Siyasət

18-06-2026, 19:05

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

30-10-2025, 18:25

Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib

Gündəm / Siyasət

10-07-2026, 15:03

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH

Gündəm / Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Gündəm / Dünya

8-09-2025, 16:37

Müharibəyə hazırlaşan Qərb - Rusiyanın elan olunmayan bloku - ŞƏRH

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə