İlham Əliyev təkcə millətimiz, ölkəmiz üçün deyil, dünya üçün də faydalı örnəklər yaradıb.
İlham Əliyev az qala, təkbaşına sadiq qaldığı prinsiplərlə Makiavelli ilə dünya siyasətindən çıxdaş edilən əxlaqı yenidən siyasətin məzmununa qaytardı.
İlham Əliyevin diplomatik və hərbi cəbhədə Qərb və digər mediaların çoxsaylı suallarına siyasi müdrikliyin zirvəsindən verdiyi cavablar bir dərsdir, məktəbdir.
İlham Əliyevin siyasi iradəsində məğlubiyyətə, tərəddüdə və təsadüfə yer yoxdur.
İlham Əliyev Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi kimi Xalqın dövlətçilik haqqındakı təsəvvürlərini dəyişdi. Bu gün hər bir Azərbaycan vətəndaşı milli dövlətinin öz həyatındakı önəmini dərk edir.
İlham Əliyev bütün dünyada liderlik paradiqmasının fəlsəfəsini dəyişdi və artıq ondan öyrənirlər.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Siyasət mürəkkəb, həm də maraqlı peşədir.” İlham Əliyev bu mürəkkəb və maraqlı peşəni dövlətin, xalqın və Azərbaycan vətəndaşının maraqlarına yönləndirdi.
İlham Əliyev bütün zamanların Qalib prezidentidir. Bu fakt artıq tarixə qızıl hərflərlə yazılıb.
İlham Əliyev bütün dünyada ədalətli Sülhün carçısıdır. Əgər Nobel Sülh Komitəsi ədalətlidirsə, bunu dəyərləndirməlidir...
İlham Əliyev insanlara münasibətdə çox səmimidir. Onun uşaqlara olan sevgisi misilsizdir. Bu dəyərlər Ümummilli Liderimiz Heydər Əliyevə xas olduğundan bunları irsi də adlandırmaq olar.
İlham Əliyevin nitqləri, gördüyü əməli işlər onun müdriklik zirvəsini fəth etməsinə sübutdur. Bu keyfiyyətə sahib olanlar təkcə öyrətmirlər, idarəetmə və rəhbərlik qabiliyyəti ilə də seçilirlər.
İlham Əliyevin dövlətin və cəmiyyətin həyatında hər yeni təşəbbüsü, ideyası üfüqdə dan ulduzu kimi parlayır... Bütün məqamlarda Xalqın, dövlətin və vətəndaşın mənafeyi önə çəkilir, parlaq gələcəyə nikbinlik yaranır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, İlham Əliyevin doğum günüdür! Cənab Prezident İlham Əliyev yeni yaşına tarixi qələbənin memarı, qalib ölkənin lideri kimi qədəm qoyur.
Müzəffər Ali Baş Komandanımız, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə can sağlığı, uğurlar və yeni qələbələr arzulayırıq!
Hörmətlə,
Rövşən müəllim
"Sufle Cake House" rəhbəri