• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İLHAM ƏLİYEV AZƏRBAYCAN TARİXİNDƏ İZ QOYAN SƏRKƏRDƏDİR...

Gündəm / Siyasət

19-12-2023, 19:39

İLHAM ƏLİYEV AZƏRBAYCAN TARİXİNDƏ  İZ QOYAN SƏRKƏRDƏDİR...

Bəli, 2020-ci il, noyabrın 10-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazmaqla, haqqa, ədaləta gedən yolun qalib lideri Ali Baş Komandan, Prezident İlham Əliyev TARİXİ QƏLƏBƏ NİDASINI qoydu. Və Vətən Müharibəsinin 44-cü günü – noyabrın 10-da Azərbaycan- Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı müharibənin dayandırılması haqqında TARİXİ MÜQAVİLƏ, şanlı qələbəmizin müqaviləsi, ərazi bütövlüyümüzün təmin olunması qələbəsinin qəbul olunması ilə xalqımızın 30 illək həsrətinə son qoydu.Noyabr ayının 16-da isə öz Liderinin, xalqının həsrətini çəkən o torpaqlarımızı ilk ziyarət edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl torpaqlarına ayaq basdı. Elə həmin torpaqlarda 30 illik həsrətə son qoyan Qalib SƏRKƏRDƏ bildirdi ki, bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi: "Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var".
Müharibənin hər günü qələbə ətirli xoş müjdələrlə dolu idi. Hər gün müzəffər Ali Baş Komandan İlham Əliyevin televiziya kanallarında verdiyi qələbə soraqlı xəbərləri hamı səbirsizliklə gözləyirdi. Bu ali və mötəbər mənbənin düşmən işğalından azad edilən kəndlər, şəhərlər barədə məlumatını dinlədikdən sonra qələbə təşnəsi olan insanlar böyük sevinclə bir-birinə zəng edir, gözaydınlığı verir, “davamı gəlsin” deyirdi. Nə böyük xoşbəxtlik idi, ilahi!
Sağ ol, Müzəffər Ali Baş Komandan, yaşa, qəhrəman Azərbaycan əsgəri, var ol hər zaman, öz ordusuna arxa olan, o çətin günlərdə əsgərlə bir nəfəs alan qadir xalqım! Cəmi 44 gün ərzində biz bütöv Azərbaycan olaraq vətən sevgisinin, yurd məhəbbətinin kodlarını açıb bütün dünyaya nümayiş etdirdik. Müasir döyüş qaydalarını, yeni hərbi texnologiyaları savaş meydanında bacarıqla tətbiq edib bütün dünyanı heyran qoyduq. Şanlı tarixə çevrilən 44 günlük Zəfər salnaməsinin hər günü, hər anı qürurvericidir. Baldan da şirin olan qələbə vətənimizə, hər evə, hər ailəyə yeni ruh, yeni nəfəs, xoş ovqat gətirdi. Artıq tarixə qızıl hərflərlə həkk edilmiş o gündən iki il keçir. Amma hər sözün, hər söhbətin ana mövzusu yenə qələbədir. Beş il də, on il də keçəcək, hünər dolu, qəhrəmanlıq dolu qürurverici bu söhbətlər hər zaman aktual olacaqdır. Nəyi, necə və nə zaman etməyi yaxşı bilən Prezidentimiz, müzəffər Ali Baş Komandan! 60 illik yubileyiniz mübarək! Var olun qalib liderimiz! Var olun ki, Sizin rəhbərlik etidiyiniz ordu misli görünməmiş bir qəhrəmanlıqla Qarabağı azad etdi. Bu şərəfli missiya torpaqları 30 ildən bəri düşmən işğalında qalan ulu bir xalqı dünya qarşısında xəcalətdən, töhmətdən qurtardı. Siz əyilən qəddimizi düzəltdiniz, yenən başımızı dikəltdiniz. Siz üç-rəngli bayrağımızı öz əllərinizlə Şuşaya, Ağdama, Laçına, Qubadlıya, Cəbrayıla, Zəngilana, Füzuliyə sancmaqla xalqımızın yenilməz olduğunu dünyaya nümayiş etdirdiniz. Müzəffər Ali Baş Komandan kimi Qarabağı işğaldan azad edən Prezident İlham Əliyev nə xoş ki, bu gün ölkənin baş memarı kimi düşmənin viran qoyduğu xarabalıqlar üzərində yeni və müasir Qarabağ qurur.
Müzəffər Ali Baş Komandan, Siz müdrik siyasətiniz və haqlı mübarizəniz nəticəsində qazandığınız möhtəşəm qələbə ilə adınızı qızıl hərflərlə tarixə yazdınız. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Doğum günü münasibəilə sizə möhkəm can sağlığı, uzun ömür arzu edirəm. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır, Sizinlə qürur duyur. Bu çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli ordumuza uğurlar arzulayırıq.
Uca Allah Sizə və müzəffər Ordumuza yar olsun!


Cəmaləddin Rüstəmov
Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

19-12-2023, 17:58

BÖYÜK QƏLƏBƏNİN MEMARI VƏ STRATEQİ İLHAM ƏLİYEV

Gündəm / Siyasət

19-12-2023, 14:11

ZƏFƏR ORDUSUNUN MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI

Gündəm / Cəmiyyət

20-11-2023, 09:01

Azadlığın üçüncü ili: Bu gün Ağdam Şəhəri Günüdür

Gündəm / Cəmiyyət

22-11-2023, 09:27

BÖYÜK QAYIDIŞ: Daha 81 laçınlı yurduna dönür

Gündəm / Siyasət

12-12-2023, 09:41

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə