• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan qarşıdan gələn doğum gününüz mübarək!

Gündəm / Siyasət

19-12-2023, 18:04

Qalib sərkərdə, Müzəffər Ali Baş Komandan qarşıdan gələn doğum gününüz mübarək!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan və qalib liderlərdəndir. Cənab İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda liderlik potensialının, edə biləcəklərinin sərhədlərini müəyyən etmək, təsəvvürə gətirmək mümkün deyil.
Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı, zəfər qazanmış lider obrazını da Özündə birləşdirir. Bu isə İlham Əliyevin potensialının daha bir hüdudsuzluğunun göstəricisidir. Məhz buna görə də O, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti Öz üzərinə götürür və məqsədinə çatır.
İlham Əliyev Prezident və siyasi Lider olaraq, dövlətin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.
Müasir dünyanın nüfuzlu siyasi liderlərindən biri olan Azərbaycan Prezidenti dəfələrlə milli maraqlar məsələsində güzəştsiz mövqedə olduğunu sübut edib. Bu da Onu digər siyasi xadimlərdən fərqləndirən əsas liderlik xüsusiyyətlərindəndir.
İlham Əliyevi başqalarından fərqləndirən bir çox üstün keyfiyyətləri var. Siyasətdə sistemlidir, səbrlidir, soyuqqanlıdır, təmkinlidir və dəqiqdir. Onun nəyi nə zaman edəcəyini, sadəcə, Özü bilir. Zəfərlə başa çatan Vətən müharibəsində də bir daha sübut etdi ki, hər şeyi doğru zamanda, doğru edir.
Yeni neft strategiyasının Prezident İlham Əliyev mərhələsi
Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalandı və beynəlxalq aləmdə «Əsrin müqaviləsi» adlandırıldı. Qeyd edək ki, bu müqavilə layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanması Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır. Belə ki, hələ o vaxtlarda SOCAR-ın birinci vitse-prezidenti olan İlham Əliyev xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlərdə qətiyyəti və səriştəliyi sayəsində Azərbaycan dövlətinin maraqlarını geniş miqyasda qoruya bilmişdir. Çox-çox sonralar Prezident İlham Əliyev «Əsrin müqaviləsi»nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə belə demişdir: «Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını atır... Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu, çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun».
Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir. Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin üzləşdiyi problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır.Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur.
Ümumilikdə isə demək olar ki, neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoymuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini ölkəmizin başçısı İlham Əliyev belə şərh etmişdir: «Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi».
Prezident İlham Əliyevin uğurlu neft siyasəti ölkəmizə qoyulan xarici investisiyaları nəinki artırdı, hətta Azərbaycan dövləti xarici ölkələrə irihəcmli investisyalar qoymağa nail oldu. Məhz Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində SOCAR-ın maliyyəsi ilə inşa olunan Star Neft Emalı Zavodunun (NEZ) 2018-ci ilin oktyabrın 19-da açılış mərasimi keçirilib. Ümumi investisiya dəyəri 6,3 milyard ABŞ dolları təşkil edən zavodda ildə 10 milyon ton xam neft emalı edilir.
Prezident İlham Əliyevin neft strategiyasının digər önəmli mərhələsi 2017-ci ilin 14 sentyabr tarixidir. Bu tarixdə Azərbaycan hökuməti və BP başda olmaqla beynəlxalq konsorsium «Azəri-Çıraq-Günəşli» neft-qaz yatağının 2050-ci ilə qədər işlənməsi haqqında yeni saziş imzaladılar. Mötəbər xarici qonaqların da iştirak etdikləri və Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: «Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2056-cı ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın "AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var».
İlkin hesablamalara görə, bu saziş çərçivəsində ilk məhsul 2023-cü ildə əldə olunacaq və saziş müddətinin sonunadək 300 milyon barel neft çıxarılacaq. Sazişin digər əhəmiyyəti həm də ondan ibarətdir ki, böyük dərinliklərdən neft çıxarılmasına imkan verəcək yeni texnologiyaların tətbiqi və əvvəllər cəhd göstərilməyən mezozoy qatlarından neftin çıxarılması əsas məqsəd kimi götürülmüşdür. Yeni sazişdə SOCAR-ın payının 11,6 faizdən 25 faizə qədər artırılması da diqqət çəkən məqamlardandır.
Təbii ki, birdən-birə dünyanı çənginə alan COVID-19 pandemiyası neft ölkələri üçün daha çox sarsıntılar yaratdı. Bir neft ölkəsi olaraq Azərbaycan da bu çətinliklərlə üzləşdi. Lakin ölkə Prezidentinin vaxtında və düzgün strategiyaya əsaslanan siyasəti sayəsində bir çox ölkələrdə baş verən iqtisadi tənəzzül baş vermədi, yaranan geriləmələr isə dövlətin köməyi ilə aradan qaldırıldı. Bunun da nəticəsində həmin çətinliklər dövründə iqtisadiyyatımıza dəyəcək ziyanların qarşısı vaxtında alındı.
Bu gün dünyada qəbul olunmuş belə bir tezis var: «Neft - enerji deməkdir, enerji isə sərvətdir». Məhz Prezident İlham Əliyevin uğurlu neft siyasətinin nəticəsidir ki, Azərbaycan nefti ancaq vətəndaşlarımızın rifah halının yüksəlməsinə, dövlətimizin qüdrətlənməsinə xidmət edir.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini yerinə yetirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi.
Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi.
Prezident İlham Əliyev Bakının Azadlıq Meydanında keçirilən “Zəfər paradı”nda çıxışında deyib:
“Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi.
Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”, -deyə Prezident İlham Əliyev bəyan edib.
Müharibə ərzində İlham Əliyevin hər bir çıxışı xalqın əzmkarlığını, mübarizə ruhunu yüksəldirdi. Prezidentin çıxışları uşaqdan böyüyə dillər əzbərinə çevrildi. Hər kəs Prezidentin verəcəyi qələbə mesajlarını səbirsizliklə gözləyirdi. Bu Lider-Xalq birliyinin, inamın, sevginin yüksək göstəricisi idi. Artıq Prezidentin çıxışlarında göstərdiyi yumruq qələbənin, dövlət-xalq-ordu həmrəyliyinin simvoluna çevrilmişdi.
Nəhayət, 44 gün sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın və onun Liderinin isə qəti qələbəsi idi.
Beləliklə, İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük Sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, İlham Əliyev Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi!
Sizi doğum günü münasibətilə təbrik edirəm. Sizin müdrik siyasətiniz, mükəmməl strategiya və hərbi biliklərinizlə işlənilmiş taktika ilə torpaqlarımız işğaldan azad edildi. Azad Qarabağ Sizin uzaqgörən, düşünülmüş siyasətinizin nəticəsidir. Siz lazımi anda əks-hücum əmrini verməklə necə böyük bir lider olduğunuzu bir daha xalqımıza və bütün dünyaya göstərdiniz. Bütün dünya mənfur düşmənin Sizin qurduğunuz Ordu qarşısında tab gətirə bilmədiyinin şahidi oldu.
Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan regionda və daha geniş coğrafiyada yeni uğurları ilə nümunə olacaq və xalqımız daim rifah içində yaşayacaq.
Cənab Prezident, həmişə olduğu kimi daim Sizin yanınızdayıq.
Uca Tanrı Sizi qorusun!

Cümşüd İsmiyev
Sumqayıt Şəhər "Lift-Servis” Birliyinin direktoru

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

19-12-2023, 14:11

ZƏFƏR ORDUSUNUN MÜZƏFFƏR ALİ BAŞ KOMANDANI

Gündəm / Siyasət / Cəmiyyət

19-12-2023, 16:14

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV YOLUNUN LAYİQLİ DAVAMÇISI

Gündəm / Siyasət / Cəmiyyət

19-12-2023, 13:58

“İlham Əliyevin 20 illik fəaliyyəti 100 ilə bərabərdir”

Gündəm / Siyasət

16-10-2023, 17:22

Prezident buna 20 il əvvəl and içmişdi...

Gündəm / Siyasət

12-12-2023, 09:41

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Araşdırma
Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"
Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
Sabah 28 dərəcə isti olacaq
Şuşada ifaçılıq mərkəzi tikiləcək
Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb
23 nəfəri daşıyan mikroavtobus kanala aşdı
Hadisə
1-12-2025, 11:38
Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!
24-11-2025, 13:14
Naxçıvanda məktəbli qızın ərə verilməsinin qarşısı alındı 
11-11-2025, 15:42
ABŞ-də görüşdülər
10-11-2025, 10:26
İmişlidə hamilə qadın xəstəxanada ölüb
30-10-2025, 09:55
Ağstafada avtomobil rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb
29-10-2025, 16:59
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
Son xəbərlər
  • Сегодня, 18:34
    Nəqvi və Əraqçi Yaxın Şərqdə münaqişənin nizamlanmasına dair təklifləri müzakirə ediblər
  • Сегодня, 18:08
    Niderland Kralı İlham Əliyevi təbrik edib
  • Сегодня, 17:26
    Bakı Ümumdünya Şəhərsalma Forumunda estafeti Mexikoya ötürüb
  • Сегодня, 16:47
    Baş katib: "Şəhərlərin qurucuları icmalardır və onlar iqlim böhranına qarşı ilk reaksiyanı verir"
  • Сегодня, 16:10
    Bakı–Tbilisi–Bakı qatarında ödənişsiz baqaj limiti açıqlanıb
  • Сегодня, 15:30
    WUF13-ün bağlanış mərasimi keçirilir - CANLI
  • Сегодня, 14:46
    Quterreşin müavini: BMT Azərbaycana minatəmizləmə işlərinə dəstəyini davam etdirir
  • Сегодня, 13:27
    Sabah 28 dərəcə isti olacaq
  • Сегодня, 12:46
    WUF13-də gələcəyin şəhərlərinin inşası üçün birləşməyə çağırış edilib
  • 4-12-2025, 18:29
    Mahmud Səfəralıyev HƏBS EDİLDİ
  • 4-12-2025, 18:04
    Putin Hindistana getdi
  • 4-12-2025, 17:38
    ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ
  • 4-12-2025, 17:08
    Şuşada ifaçılıq mərkəzi tikiləcək
  • 4-12-2025, 16:35
    Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • 4-12-2025, 16:12
    Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH
  • 4-12-2025, 15:28
    Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib
  • 4-12-2025, 15:06
    Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb
  • 4-12-2025, 12:47
    Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir
  • 4-12-2025, 12:21
    Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
  • 4-12-2025, 11:53
    Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir
  • 4-12-2025, 11:23
    Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib
  • 4-12-2025, 10:45
    Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub
  • 4-12-2025, 10:11
    23 nəfəri daşıyan mikroavtobus kanala aşdı
  • 4-12-2025, 09:32
    KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib
  • 3-12-2025, 18:20
    “Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq
  • 3-12-2025, 17:52
    "Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib
  • 3-12-2025, 17:35
    NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib
  • 3-12-2025, 17:09
    "Sabah" Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb
  • 3-12-2025, 16:47
    Türkiyə, Azərbaycan, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi keçirilib
  • 3-12-2025, 15:42
    KİV: Ermənistanda Pakistanın səfirliyi açılacaq
  • 3-12-2025, 15:12
    Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək
  • 3-12-2025, 14:45
    KİV: Rusiyada “Drujba” neft kəməri yenidən partladılıb
  • 3-12-2025, 12:53
    Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq
  • 3-12-2025, 12:13
    Nazir ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Avstriyaya gedib
  • 3-12-2025, 11:32
    MN: G84-ə əsaslanan yeni topoqrafik xəritələrin hazırlanmasına start verilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə