• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH

Gündəm / Cəmiyyət

4-01-2025, 16:42

“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH

Ermənistanın faşist mahiyyəti, vaxtilə azərbaycanlılara qarşı etnik təmizləməyə yol verdiyi növbəti dəfə, elə bu ölkənin keçmiş liderinin dili ilə təsdiqini tapıb. Tanınmış videobloqer Albert İsakovun özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb.

“Demokrat” düşüncəli lider kimi qələmə verilən keçmiş prezident L.Ter-Petrosyanın çıxışını Ermənistanın digər eks-prezidenti Serj Sarkisyanın Xocalı Soyqırımı ilə bağlı səsləndirdiyi etirafların oxşarı da adlandırmaq olar. Ter-Petrosyanın yayılan bu videosunu izləyən hər kəs Ermənistanın müstəqilliyinin ilk illərindəki əsl mahiyyəti ilə yaxından tanış olmaq imkanı əldə edir. Bir daha bəlli olur ki, “azərbaycanlılarsız Ermənistan və Qarabağ” Ermənistanın gerçək mahiyyətini təşkil edib.

Video “demokrat”, “liberal” imicli Petrosyanın bütün kimliyini, onun əsl faşist təfəkkürünü ortaya qoyur.

Əvvəldən bildirək ki, Ter-Petrosyanın etirafı onun barəsində beynəlxalq məhkəmənin başlanmasına, cinayət məsuliyyətinə cəlb olunmasına tam əsas verir. Videobloqer Albert İsakovun təqdim etdiyi videoya yazılan şərhlərdə də bu, əsas xətt kimi keçir. L.Ter-Petrosyan o çıxışında 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb:

“Təsəvvür edin, indi onlar Ermənistandadır. Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik, milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax (Qarabağ – red.), o cümlədən, daha bir çox torpaqlar ermənilərin əlindədir”.

İsakov bildirib ki, Ter-Petrosyan bu sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyib.

Ter-Petrosyanın 31 il öncə erməni milli hərəkatının hərbi qanadı kimi meydana çıxan “Yerpaka” üzvlərinin qarşısında dediyi bu fikirlər faşist, millətçi əhvali-ruhiyyənin, Azərbaycana qarşı nirfətin, kin-küdurətin hansı həddə olduöunu göstərir. Bu bir daha Ermənistanın əvvəlki hakimiyyətlərinin soyqırımçı, etnik təmizləmə ruhunda olduqlarının təsdiqidir. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini təsdiqləyir. Məsələn, birinci prezident indiki Ermənistanı azərbaycanlılardan necə “təmizlədiklərini” çəkinmədən söyləyir. Ardınca da əlavə edir ki, tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan azad ərazilərə çevirdilər. Gətirilən sitat isə sadəcə, dəhşət doğurur.

Hakimiyyətdə olmasının 8-ci ilində prezidentlikdən devrilib müxalifətə keçən bu “demokrat”ın ifadələri onun bəşəriyyətə qarşı cinayətlər törətmiş faşist lideri Adolf Hitler, serb cəllad Slobadan Miloşeviçlə birgə ittiham olunmasını şərtləndirir.

Eks-prezidentin bu videosunun niyə məhz indi, üstündən otuz ildən çox müddət keçdikdən sonra yayılması ola bilsin, təsadüfi deyil. Ermənistanın indiki baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin ilk üç prezidentini Azərbaycanla apardıqları danışıqlarla bağlı debata çağırmışdı. Baş nazirin çağırışına kəskin etirazını bildirən Ter-Petrosyan onu Qarabağı satmaqda ittiham etmişdi. Albert İsakovun təqdim etdiyi videogörüntülər isə L.Ter-Petrosyanın bütün mahiyyətini ortaya qoyur. Şübhəsiz, bu video indiki Ermənistan rəhbərliyi tərəfindən bilərəkdən ortaya atılıb və birinci prezidentin nüfuzuna zərbə endirməyə yönəlib. Çox mümkündür ki, bu addım həm də daxili auditoriyaya yönəlib. Bunu da müəyyən mənada siyasi mübarizə vasətəsi saymaq olar. Ancaq bu detallar onların öz işidir.

Haqqında danışılan videoda səsləndirilən fikirlər sadəcə, ermənilərin bütün hakimiyyətlərinin, eks-prezidentlər - Levon-Ter Petrosyan, Robert Koçaryan, Serj Sarkisyanlın faşist ideologiyasına xidmət etdiklərini təsdiqləyir. Məhz bu üç fiqur Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunub məsuliyyətə cəlb edilməlidirlər. L.Ter-Petrosyan Qərbi Azərbaycandan, yerdə qalanlar isə Qarabağ və ətraf ərazilərdən azərbaycanlıların qovulmasında, ev-eşiklərindən məhrum olmalarında, törədilən soyırımlarında birbaşa iştirak ediblər, tapşırıqlar veriblər.

Qeyd etdiyimiz kimi, səsləndirilən o fikirlər Beynəlxalq Cinayət Məhkəməsinin Ter-Petrosyan və onun ardıcılları - Koçaryan, Sarkisyan barəsində cinayət işinin qaldırması üçün tam əsas verir. Onun dedikləri etnik təmizləmə siyasətinin necə planlı şəkildə həyata keçirildiyini aydın formada ortaya qoyur. Eyni zamanda, Ermənistandakı etnik təmizləmənin arxasında duran sistemli planları deyil, həm də Qarabağ münaqişəsi zamanı İrəvanın bölgədə apardığı işğalçı siyasətin mahiyyətini açır.

Ermənistanın birinci prezidenti etiraf edir ki, azərbaycanlıların qovulması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən erməni şovinistlərinin siyasətinin tərkib hissəsi olub. Əslində, Ermənistanda Basarkeçər, Uluxanlı, Amasya və ümumilikdə Zəngəzurda əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılara qarşı qəsdən və ilkin olaraq etnik təmizləməyə hazırlaşıblar.

Beləliklə, sonradan faşizm estafetini Koçaryan-Sarkisyana ötürən Njdenin davamçısı Levon Ter-Petrosyan üçün bu etiraf videosu onun məsuliyyətə cəlb olunması üçün yetərli faktdır. Ümid etmək olar ki, beynəlxalq təşkilatlar, o cümlədən soyıqırmlarını araşdıran hüquq-müdafiə təşkiatlatı üçün bu çıxış-etirafda əyani vasitə kimi istifadə olunacaq. Tək Ter-Petrosyan deyil, Ermənistanın ondan sonra hakimiyyətdə olmuş sonrakı siyasi fiqurlarının da məsuliyyətə cəlb edilərək layiqli cəzalarını almalarının vaxtı çatıb.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

25-12-2023, 12:00

Yaponiya Nazirlər Kabinetinin keçmiş baş katibi qalmaqalla bağlı dindirilib

Gündəm / Dünya

22-04-2024, 09:03

Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur

Gündəm / Cəmiyyət

20-12-2024, 09:54

İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib

Gündəm / Siyasət

23-02-2024, 18:26

Ombudsman Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış etdi

Gündəm / Siyasət

20-09-2024, 09:06

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə