• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

​​​​​​​Bakı-Pekin iqtisadi tərəfdaşlığı - liderlərin şəxsi münasibətləri əlaqələri pik həddə yüksəldib - ŞƏRH

Gündəm / Siyasət

25-07-2024, 17:02


Qədim İpək Yolu dövründən başlayan tarixi Azərbaycan-Çin münasibətləri günbəgün güclənərək daha strateji mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan–Çin münasibətləri iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafına geniş imkanlar açır. Dövlətlərarası sərmayələrin təşviqi, imzalanan sazişlər, iqtisadi əməkdaşlığa dair sənədlər mühüm önəm daşıyır.

Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Çinə olan səfərləri, eləcə də, müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə Çinin dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri əlaqələrin daha da inkişafına səbəb olub, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə töhfələr verib.

Əminliklə deyə bilərik ki, Bakı-Pekin tərəfdaşlığında­kı yüksək səviyyənin əldə edilməsində Azərbaycan və Çin liderlərinin şəxsi münasibətlərinin müstəsna rolu var. Hər iki liderin səsləndirdiyi fikirlər də bunu təsdiq edir. “Azərbaycanla Çin arasında qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi son dərəcə vacib və tarixi məqamdır”, - deyə Prezident İlham Əliyev bəyan edib.

Hər iki ölkənin maraqlarına cavab verən münasibətlər

Buna bənzər fikri Çin lideri Si Cimpin də səsləndirib. O bildirib: “İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyə­sinə yüksəlməsi yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında dostluq münasibətləri, qarşılıqlı hörmət və etimad, dövlətimizin başçısının Çinə səfərləri, qarşılıqlı məktublar iki ölkə arasında əməkdaşlığın inkişafı və daha da dərinləşməsi üçün siyasi zəmanətdir. Bu kontekstdə Çin sərmayəsinin Azərbaycan iqtisadiyyatına qazandırılması ayrıca bir hadisədir.

Beləliklə, hər iki liderin bildirdiyi kimi, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və ikitərəfli əlaqələrdə qazanılan nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Həqiqətən də, bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edir. Azərbaycanla Çin arasında münasibətlər artıq strateji önəm kəsb etməkdədir. İki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır, ölkələrimizin siyasi, iqtisadi-ticari, humanitar sahələrdə əməkdaşlığı gündən-günə möhkəmlənir.

Əksər beynəlxalq ekspertlər, analitiklər bəyan edirlər ki, həm coğrafi mövqe etibarilə, həm də iqtisadi əməkdaşlıq potensialına görə regionun ən mühüm ölkəsi olan Azərbaycan Çinlə böyük əməkdaşlıq perspektivlərinə malikdir. Üstəlik, ölkəmizin həyata keçirdiyi mühüm nəqliyyat-kommunikasiya layihələri bu imkanları daha da artırmaqla, Azərbaycanı həm də Çinlə Avropa arasında vacib tranzit ölkəsinə çevirir. Ona görə də hər iki ölkənin maraqlarına cavab verən əməkdaşlıq getdikcə daha çox aktuallaşır.

Yeri gəlmişkən, ən mühüm olan həm də odur ki, Azərbaycanla Çin arasında münasibətlərin inkişafı hər iki ölkənin maraqlarına cavab verir. Eyni zamanda, qlobal dünyanın çağırışları da əlaqələrin dərinləşdirilməsini zərurətə çevirib. Qlobal gücə çevrilən Çinin artan iqtisadi qüdrəti dünyada həlledici söz sahibi olmasını şərtləndirən əsas amillərdən biridir.

Artan ticarətin həcmi

Azərbaycan və Çin arasında son illərdə ticarətin həcmi əhəmiyyətli şəkildə böyüyüb. Belə ki, 2015-ci ildə ticarət dövriyyəsi 561 milyon dollar, 2016-cı ildə 975 milyon dollar, 2017-ci ildə bir milyard 300 milyon dollar, 2018-ci ildə bir milyard 310 milyon dollar, 2019 və 2020-ci illərdə 2,1 milyard dollar, 2022-ci ildə 2,2 milyard dollar, 2023-cü ildə isə 3,1 milyard dollar təşkil edib. Son doqquz ildə mal mübadiləsi altı dəfə yüksəlib və Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib.

Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşı arasında dördüncü yerdə qərarlaşır. İdxalda isə üçüncü yeri tutur. Çin Azərbaycanda potensial investorlardan hesab edilir. İndiyə qədər Çindən ölkəmizə 1,5 milyard dollara qədər sərmayə yatırıldığı bildirilir.

Öz növbəsində, Azərbaycan Çinə çoxhəcmli investisiya qoyuluşlarında pay sahibidir. Bu investisiyaların həcmi 1,7 milyard dolları ötür. Xüsusi qeyd edilməlidir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması, Şərq-Qərb, Orta Dəhliz layihələri çərçivəsində tərəfdaşlıqlar və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da güclənib. Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir.

“Bir kəmər, bir yol” təşəbbüsünün mühüm həlqəsi Azərbaycandır

Son dövrlərdə dünyada baş verən regional və qlobal hərbi hadisələr kontekstində Çinlə Azərbaycanın birgə ideyası olan Orta Dəhliz layihəsi və onun səmərəliliyi daha cəlbedicidir. Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün olduqca mühüm həlqəsi Azərbaycandır. Hazırda bu layihə üzrə yükdaşımalar iqtisadi səmərəlilik və təhlükəsizlik baxımından təcrübədə özünü doğruldur. Ona görə də ölkəmizin təşəbbüsü ilə Yaxın və Orta Şərq müttəfiqlərimiz həm təbii coğrafi baxımından, həm də iqtisadi-siyasi maraqlar nöqteyi-nəzərindən bu layihənin iştirakçılarına çevrilməkdədir. Xüsusilə, qeyd etmək lazımdır ki, bu münasibətlər sistemli xarakter daşımaqla perspektivdə həm də Çin–Türk Dövlətləri Təşkilatı əməkdaşlığına çevrilir.

Hazırda ölkələrimiz arasında yükdaşımaların optimallaşdırılması və vahid tariflərin müəyyənləşdirilməsi ilə bağlı təşəbbüslər var, bu isə nəticə etibarilə vahid pəncərə siyasətinin tətbiqinə gətirib çıxaracaq.

Beləliklə, Azərbaycanla Çin arasında münasibətlər bu gün “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Bu mərhələ üçün ticari-iqtisadi və tranzit-logistika yönümlü layihələrin reallaşdırılması ilə yanaşı, həm də elm, texnologiya, İKT, rəqəmsallıq, eləcə də mədəni-humanitar sahələrdə də fəaliyyətin genişlənməsi xarakterikdir.

Bu baxımdan, görünən odur ki, yaxın perspektivdə Azərbaycanla Çin arasında ticari-iqtisadi və logistika sahəsindəki əlaqələrlə yanaşı, sözügedən sahə və istiqamətlərdə də səmərəli fəaliyyətlərin artırılması yönündə işlər getdikcə intensivləşəcək.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

19-01-2024, 12:34

Mirzoyan Xorvatiya baş naziri ilə Azərbaycanla normallaşmadan DANIŞDI

Gündəm / Siyasət

24-04-2024, 11:34

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Gündəm / Siyasət

15-01-2024, 18:25

Ceyhun Bayramov polşalı həmkarı ilə regional vəziyyəti müzakirə etdi

Gündəm / Siyasət

3-05-2024, 15:18

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Gündəm / Siyasət

18-03-2024, 13:49

“Azərbaycan-Rusiya münasibətləri sabit inkişafı ilə seçilir”

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə