• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Baqrat üçün sonun başlanğıcı: baş nazirlik iddiası məhkumluqla nəticələnə bilər – ŞƏRH

Gündəm / Siyasət

3-07-2024, 13:37

Baqrat üçün sonun başlanğıcı: baş nazirlik iddiası məhkumluqla nəticələnə bilər – ŞƏRH


“Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan məqsədinə nail ola bilməsə də, fikrindən əl çəkmir. Hətta hərəkatın həmtəsisçilərindən olan Suren Petrosyanın axımın artıq söndüyünü, iflasa uğradığını etiraf etməsi də keşişi ideyasından döndərə bilmir. Bu isə məşhur bir misalı - "it motaldan əl çəkdi, motal itdən əl çəkmədi" zərb-məsəlini xatırladır.

Maraqlıdır ki, Suren Petrosyanla yanaşı, erməni cəmiyyətində analiz və analitikası ilə nüfuz qazanmış “Alternativ layihələr”in həmtəsisçisi Vahe Ovannisyan da hərəkat barədə mənfi fikirlərini bildirib. Siyahı bununla bitmir, bir sıra politoloq və ekspert də “Vətən uğrunda Tavuş”un başıpozuq, proqramsız olduğunu dilə gətirib. Amma siyasi ambisiyaları, vəzifə hərisliyi olan və Paşinyanla küskünlüyünü əsas tutaraq arxiyepiskopu dəstəkləyən qüvvələr və şəxslər də var. Erməni keşiş isə məqsədinə çatmaq üçün yenidən regionlara səfər edir, özünə qüvvələr toplamağa çalışır. Maraqlıdır ki, hakimiyyətin siyasi kulislərində növbəti demarkasiyanın Sünikdə, yəni Zəngəzurda başlayacağını eşidən Qalstanyan bu dəfə də özünü bu əraziyə vurub və 3 gün kəndbəkənd gəzib. Digər səfərlərdən fərqli olaraq, keşişin Sünik səfərinə heç erməni müxalifət KİV-ləri də o qədər maraq göstərmədilər. Bir neçə foto, azyaşlıları qucaqlama mərasimi, xeyir-dua vermə ayinlərindən başqa nəzərə o qədər də ciddi məlumat dəyməyib.

Hakimiyyət orqanları isə bu görüşü əvvəldən bildikləri üçün müəyyən güc strukturlarına və icma rəhbərlərinə öz göstərişlərini veriblər. Bu və hərəkatın artıq sönük olması səbəbindən bir neçə icmada Baqratı qarşılayan və ona xoş söz deyənləri barmaqla saymaq olardı. Sisyanda isə keçmiş mer, Paşinyana qarşı kin-küdurət bəsləyən Artur Sarqsyan keşişin “təmtəraqla” qarşılanmasına nail olub. Səfərdən əvvəl Sünikin küskün liderlərinin bu görüşə necə reaksiya verəcəkləri sual altında idi. Söhbət Gorusun meri Aruş Aruşanyandan, Kacaran meri Manvel Paramzanyandan və Qafan meri Gevorq Parsyandan gedir.



Aruş Aruşanyan Gorusda Baqrat və Artur Sarqsyanla salamlaşıb. Amma nə görüşlərdə iştirak edib, nə də onları müşayiət edib. Arturla yaxın dostluğu olsa da, Aruş Gorus mədəniyyət evində sakinlərlə görüş keçirmək ideyasını qəbul etməyib. Bununla da mer Paşinyanın qəzəb oxlarını üzərinə çəkmək istəməyib. Hətta o, hakimiyyətdəki bəzi yaxın dostlarına bildirib ki, hərəkatı dəstəkləmir. Bununla belə, sızan məlumatlara görə, Qalstanyanla görüşdə Aruşanyanın bir sıra tərəfdarları və yaxınları iştirak edib. Erməni hiyləgərliyi işlədən mer sabah nə olacağını bilmədiyi üçün özü görüşdə iştirak etməsə də, yaxın çevrəsini göndərib.

Gevorq Parsyan isə Aruşanyandan fərqli olaraq, hərəkətləri ilə konkret olaraq hakimiyyəti saymadığını bildirib. O, Baqratla görüşüb, Meğriyə səfər edib, sonra isə keşişlə birlikdə nahar edib.

Kacaran meri Manvel Paramazyan da arxiyepiskopun səfərinə biganə yanaşıb. Baqrat Kacaranla Qafan arasında yerləşən Vahanavank kəndini təsadüfən seçməmişdi. Əgər Manvel gəlib ona baş çəksəydi, deməli hərəkatı dəstəkləyir və keşiş bundan ürəklənərək, Kacaranda da bir sıra görüşlər keçirə bilərdi. Amma belə bir görüş baş tutmadı.

Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, erməni keşiş bir sıra siyasi partiyaların nümayəndələri ilə qapalı görüş keçirib. Görüşdə “Respublika”, “İrs”, “Yaşam üçün ölkə”, “Milli demokratik qütb”, “Daşnaksütyun”, “Həmrəylik” partiyaları ilə yanaşı, Paruyr Ayrikyan, Artaşes Qeqamyan və digər siyasi xadimlər də iştirak ediblər. Maraqlıdır ki, “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyaları görüşdə iştirak etməyiblər. Edmon Marukyanın rəhbərlik etdiyi siyasi qüvvə Qalstanyanla cəmi bir dəfə görüş keçirib və tərəflər bir-birindən narazı qalıblar. Qaqik Tsarukyan isə hərəkatı dəstəkləyəcəyini desə də, sonradan fikrindən vaz keçib. İş adamı sayılan Tsarukyan təbii ki, hərəkatın söndüyünü gördüyü üçün, belə bir işə sərmayə qoymağı ağılsızlıq hesab edib. 2021-ci il seçkilərindən sonra siyasi sahədə fəaliyyətsizləşən Qaqik Tsarukyan artıq biznes maraqlarını rəhbər tutmur, kapitalını riskə atmaq istəmir.



Bu görüş isə Ermənistandakı hansı siyasi qüvvələrin “Vətən uğrunda Tavuş” hərəkatını nə dərəcədə dəstəklədiyi faktlarını ortaya qoyub.

İlk olaraq, söyləmək lazımdır ki, revanşizmi, terroru, pafoslu erməni milliyyətçiliyini özünə şüar seçən “Daşnaksütyun” hərəkatın lokomotivi və mühüm siyasi qüvvəsidir. Partiya ilə Ermənistanın ikinci prezidenti demək olar ki, həmişə eyni siyasi platformada olduğu üçün, hərəkatın arxasında Robert Koçaryan durur. Amma son dövrlər Koçaryan cəbhəsindən Qalstanyana açıq-aşkar dəstək nümayiş etdirilmədiyini nəzərə alsaq, daşnakların bu axımda tək qaldığını söyləmək olar. Son illər daim fəallaşan, lakin heç vaxt başqa qüvvələrin təşkil etdiyi hərəkatlara qoşulmayan, öz qaydaları ilə hərəkət edən Milli Demokratik Qütb Baqratın aksiyalarında fəal iştirak edir. Jirayr Sefilyanın liderlik etdiyi qurum bəzən qəsdən öz siyasi aksiyalarını da hərəkata daxil edir, bununla da digər hərəkatları parçalamaq, onlara ziyan vurmaq məqsədini ortaya qoyur.

“Respublikaçılar” partiyası Qalstanyandan son günlər narazıdır. Əvvəllər Serj Sarqsyan da hərəkata qoşulduğunu, partiya ilə dəstəklədiklərini rəsmi şəkildə bəyan edib. Nikol əleyhinə olan partiyaçılar onu hakimiyyətdən uzaqlaşdırmaq üçün Baqratla qüvvələrini birləşdirmək qərarına gəlmişdilər. Amma işin digər tərəfi də Sarqsyanın bir müddət əvvəl hakimiyyətlə bağlı planının olmadığını bildirməsidir. Bu gün partiyanın gücü, ictimai etimadı olmasa da, maddi və insan resursları, bir çox iş adamlarına təsir imkanları var ki, bu da “Vətən uğrunda Tavuş” aksiyalarını daha da sıxlaşdıra bilər. Baqratın baş nazir postuna iddialı olmasından sonra, Respublika partiyası da bu hərəkatdan narazılığını artıq gizlətmir və mübarizə aparmaq məsələsini ikinci plana keçirib.



Maraqlıdır ki, erməni keşişin fəaliyyətə keçdiyi ilk günlərdə hərəkatı “özəlləşdirmək”, diktator, “payçı” olmaq istəyən insanlar, siyasi qüvvələr var idi. Onlar ümid edirdilər ki, Paşinyan baş nazir postundan uzaqlaşdırılsa, yaxşı vəzifə tutmaq, hökumətdə təmsil olunmaq üçün Baqratla razılığa gələ biləcəklər. Amma Qalstanyanın bir sıra çıxışları onların planını suya düşürdüyü üçün, bu şəxslər qısa müddət ərzində hərəkatın və arxiyepiskopun ən güclü tənqidçisi və əleyhdarına çevriliblər.

Yuxarıda sadalananlardan məlum olur ki, günümüzün erməni siyasi arenasında vətən, torpaq, millət fikirləri sırf vəzifə sahibi olmaq üçün ortaya atılır. Hərəkatın lideri erməni keşişin də ürəyindən baş nazir postu keçirsə, digər siyasi qüvvələr barədə danışmaq yersizdir. Maraqlıdır ki, siyasi qüvvələrdən dəstək almaqda artıq çətinlik çəkən Qalstanyan artıq ictimai xadimlərlə görüşlər keçirir, dəstək almağa çalışır. Çünki o, gözəl anlayır ki, hərəkat sönməyə doğru gedir, bu isə onun üçün sonun başlanğıcı deməkdir. “Vətəndaş müqaviləsi”nin hiyləgər siyasi elitası hərəkatın sönməsi üçün hər şeyi edir və plan reallaşdıqdan sonra İstintaq Komitəsi Baqratı da dindirilməyə dəvət edəcək. Belə ssenari isə baş nazirliyə iddialı olan şəxsin məhkumluğu ilə nəticələnə bilər.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

27-05-2024, 10:26

İrəvanda gərginlik: saxlanılanlar 100-ü keçdi - YENİLƏNİB

Gündəm / Siyasət

27-05-2024, 15:38

Paşinyanı devirmək planı AKTİVLƏŞDİRİLDİ – Ermənistan yenidən xaosa SÜRÜKLƏNİR?

Gündəm / Dünya

5-06-2024, 12:25

“Onun çıxışı vəziyyəti dəyişdirəcək”

Gündəm / Siyasət

15-05-2024, 13:13

Ermənistandakı aksiyaların arxasında hansı güclər dayanır? – Rus və erməni politoloqlardan ÖZƏL AÇIQLAMA

Gündəm / Cəmiyyət

10-05-2024, 16:35

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Araşdırma
Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
İlham Əliyev Donald Trampı təbrik edib
İlham Əliyev Venesuelada zəlzələdə insan tələfatına görə başsağlığı verib
Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır
TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumlarının rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər
Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Hadisə
Вчера, 09:04
Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
17-06-2026, 09:28
Ağstafa su kanalında kişi batıb
10-06-2026, 17:20
Hacıqabulda açıq ərazidə yanğın başlayıb
10-06-2026, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
9-06-2026, 11:05
DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər
6-06-2026, 12:51
Binədə mağaza yanıb
Son xəbərlər
  • Сегодня, 09:56
    Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
  • Сегодня, 09:28
    "Sabah" UEFA Çempionlar Liqasında bu gün ilk oyununa çıxacaq
  • Сегодня, 08:57
    Abituriyentlər iyulun 7-dən 20-dək bəzi sənədləri DİM-ə təqdim etməlidirlər
  • Вчера, 19:00
    FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
  • Вчера, 18:37
    Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB
  • Вчера, 18:10
    Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək
  • Вчера, 16:57
    Azərbaycan Rusiyaya nota verib
  • Вчера, 16:06
    Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
  • Вчера, 15:15
    Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Вчера, 14:30
    DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib
  • Вчера, 13:07
    Sabah 37 dərəcə isti olacaq
  • Вчера, 12:55
    Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb
  • Вчера, 12:24
    "Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb
  • Вчера, 11:35
    İlham Əliyev Malavi Prezidentini təbrik edib
  • Вчера, 10:52
    Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirəcək
  • Вчера, 09:37
    Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
  • Вчера, 09:04
    Zaqatalada iki avtomobil toqquşub, sürücülərdən biri ölüb, digəri xəsarət alıb
  • 4-07-2026, 10:55
    İlham Əliyev Donald Trampı təbrik edib
  • 4-07-2026, 10:12
    Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
  • 4-07-2026, 08:53
    Azərbaycan XİN ABŞ-ni təbrik edib
  • 4-07-2026, 08:28
    İranda Əli Xamenei ilə vida mərasimi başlayıb
  • 3-07-2026, 16:45
    Azərbaycanda qaz avadanlıqlarının təhlükəsizliyinə dair ilk texniki reqlament qəbul edilib
  • 3-07-2026, 15:16
    Ukrayna bir həftə ərzində ikinci dəfə Krımdakı "Saki" aerodromuna zərbə endirib
  • 3-07-2026, 14:29
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
  • 3-07-2026, 12:56
    Pezeşkian və Paşinyan Tehranda danışıqlar aparıblar
  • 3-07-2026, 12:22
    Prezident İlham Əliyev Lukaşenkonu Belarusun Müstəqillik Günü münasibətilə təbrik edib
  • 3-07-2026, 11:04
    Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
  • 3-07-2026, 10:23
    "Wizz Air" Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlayır
  • 3-07-2026, 09:43
    Yasamal rayonunun bir hissəsində qaz kəsiləcək
  • 2-07-2026, 18:49
    Sabunçuda yol qəzası olub, ölən və yaralanan var
  • 2-07-2026, 18:12
    Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
  • 2-07-2026, 17:19
    "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar
  • 2-07-2026, 16:31
    Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
  • 2-07-2026, 16:02
    Türküstana üz tutan Tbilisi – "şimalın soyuğundan", "cənubun istisindən" qorunan Gürcüstan - ŞƏRH
  • 2-07-2026, 15:19
    "Al Hadath": İran və ABŞ arasında dolayı danışıqların yeni raundu iyulun 18-də başlayacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə