• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

SOCAR-a hücum: Azərbaycanın dostları ilə münasibətlərinə zərbə vurmağa cəhd - TƏHLİL

Gündəm / Siyasət

3-06-2024, 15:55

SOCAR-a hücum: Azərbaycanın dostları ilə münasibətlərinə zərbə vurmağa cəhd - TƏHLİL


Azərbaycanın müttəfiqləri və tərəfdaşları ilə münasibətlərini korlamağa çalışanlar az deyil. Bir çoxları Yaxın Şərqdə yaranmış vəziyyətdən istifadə edərək özlərini daha çox müsəlman, humanist göstərməyə çalışırlar.

Yenixeber.org: Hətta iş o yerə çatıb ki, Türkiyədə çıxan və ermənilərə məxsus “Agos” adlı qəzet belə özünü “panislamçı”, “humanist” kimi sırımağa çalışıb. Ancaq bu yerdə onun anti-Azərbaycan qərəzi yan yamağı kimi tez görünüb.

Nə baş verir? Ötən il oktyabrın 7-də HƏMAS İsrailə silahlı hücum edəndən sonra bəziləri elə zənn etdi ki, müsəlman dünyası bütövlükdə bu qruplaşmanı dəstəkləyəcək və ona yardım edəcək. Hətta, onlar müsəlman təəssübkeşliyi ilə şüarlar səsləndirməyə başladılar.

Azərbaycan isə Fələstini tanımaqla yanaşı, İsraillə münasibətlərində gərginliyin sülh, danışıqları yolu ilə həlli tərəfdarı olub. Hər iki ölkə ərazisində Azərbaycanın səfirliyi fəaliyyət göstərir.

Bundan başqa hər iki ölkənin Bakıda səfirliyi var. Azərbaycan tərəflərə vasitəçiliyini də təklif edib. Ölkə qanunları hərbçilərinin başqa dövlət ərazində döyüşməsinə və ya qoşun saxlamasına icazə vermir. Odur ki, Azərbaycan qanunlarına uyğun belə fəaliyyətlə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunur.

HƏMAS-İsrail müharibəsi dünya müsəlmanları ilə İsrail arasında savaş deyil. Regionda üstünlük və hegemonluq uğrunda mübarizə aparan güclərin savaşıdır. Azərbaycanın isə o regionda sadalananlardan heç birində marağı yoxdur. Rəsmi Bakı Yaxın Şərqdə sülh, əməkdaşlıq və təhlükəsizlik tərəfdarı olaraq çıxış edir.

Bu baxımdan Azərbaycan bu güclərin iddiası və marağı uğrunda Fələstin və İsraillə münasibətlərini korlamaq üçün Konstitusiyanı pozmur.

Ancaq rəsmi Bakını öz oyunlarına cəlb etmək istəyənlər də tapılır. Onlar Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Mayın 31-də İstanbulda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mənzil-qərargahına hücum olub. Onlar Azərbaycan neftinin Türkiyənin Ceyhan limanı vasitəsi ilə İsrailə nəqlinin dayandırılmasını tələb ediblər.

Bu “aksiyanın” nə qədər gülünc olduğu tələblərindən bəllidir. Həmin “etirazçı” gənclər Azərbaycan Dövlət Neft Şirkətindən “Fələstin xalqı adından cavabdehlik tələb etməyə gəldik”lərini iddia ediblər. Onlar bildirib ki, guya SOCAR-ın nefti İsrailə daşınır.

Ötən gün həmin “tədbirin” bir qrup iştirakçısı saxlanılıb.

Xatırladaq ki, bu ilin mart ayında da həmin “ideyanın” “təşəbbüsçüləri” SOCAR-ın ofisinin binası qarşısında etiraz aksiyası keçirmişdi. Onlar “Azərbaycan satır, Türkiyə daşıyır!”, “Yaşasın qlobal intifada!”, “Çənləri bağla, ticarət kəs!”, “Çaydan dənizədək azad Fələstin!” şüarlarını da səsləndirmişdilər.

Fevralda isə oxşar şərtlərlə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu qarısında “aksiya” keçirilib. Azərbaycanı ləkələmək istəyənlər həm də savadsızlıqlarını nümayiş etdiriblər. Onların “Azərbaycan İsrailə neft satır” hikkəli iddiası həqiqəti əks etdirmir. Çünki dünya neft bazarında bütün şirkətlər, o cümlədən SOCAR məhsullarını treyder şirkətlərə satırlar. Onlar həmin alıcıların məhsulu hansı dövlət və ya şirkətə satdığına nəzarət edə bilmirlər.

Maraqlıdır ki, İstanbulda keçirilən aksiyaları ilk yayan İran KİV-i olub. Habelə İran İslam İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus informasiya vasitələri bu aksiyanın təbliğində çox fəallıq göstərib. Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olduğunu iddia edən Tehran hakimiyyətinin rəsmi İRNA agentliyi də bu məlumatın yayılmasında fəallıq göstərib. O halda belə sual yaranır – bu tədbiri kimlər keçirib? Əlbəttə, Sepahın əsas kadr bazası sayılan Bəsicin Türkiyəyə gedib, o aksiyanı keçirməyə indiki şəraitdə imkanı zəifdir. Ancaq bu ölkədə müsəlman dövlətlərdən olan qaçqınlar var. Məsələn, Suriya, İraq və başqalarını örnək olaraq göstərmək mümkündür. Həmin qaçanların yerləşdiyi düşərgələrdə İranın HƏMAS-la bağlı təbliğatının aparılmaması mümkün deyil. Vaxtı ilə İranın İmdad Xomeyni adına Xeyriyyə Cəmiyyət Azərbaycan da qaçqın düşərgərlərində inqilab doktrinasının təbliğatını aparardı. Bu baxımdan Türkiyə də həmin işlərin görüldüyü istisna edilmir. Daha çox pul qazanmaq üçün belə insanlar tələyə də düşə bilər.

Deməli, həmin şəxsləri aşağıdakı qruplara bölmək olar:

- öz ölkələrindən Türkiyəyə sığınan qaçqınlar;

- yaranmış şəraitdən sui-istifadə edən PKK terror qruplaşması üzvləri və ya tərəfdarları;

- İranın dəstəklədiyi qruplar;

- “Agos”un timsalında Azərbaycanın ərazi bütövlüyünün təminin həzm edə bilməyən ermənisevələr və s.

Məqsəd heç də Fələstinin dövlət müstəqilliyinə yardım etmək deyil. Bu qruplar Azərbaycanla Türkiyə arasında çox tərəfləri əlaqələrin, əməkdaşlığın üzərinə kölgə salmağa çalışırlar. Müsəlman təəssübkeşiliyi edib “çaydan dənizədək azad Fələstin” deyənlər, “dənizdən dənizə Böyük Ermənistan” uğurunda mübarizə aparan işğalçı Ermənistan yardım edən İran hakimiyyətinə qarşı niyə heç vaxt çıxmayıblar? Yaxud Azərbaycan torpaqlarını Ermənistan tankları, İran nefti - yanacağı, dizeli işğal edib. Bu həqiqəti niyə unudurlar? İran hakimiyyəti olmasa idi Ermənistan torpaqları 30 il işğal altında saxlaya bilməzdi. Azərbaycanın da müsəlman dövləti olduğu indi yada düşür. Təsadüfi deyil ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan İranı ölkəsi üçün “nəfəslik” adlandırıb.

Türkiyədəki söz azadlığından istifadə edən “Agos” hadisə ilə bağlı Azərbaycana qarşı kin və nifrətinin gizlədə bilməyib. Onun müəllifinin iddiasına əsasən, hamı İsraili qınadığı halda Azərbaycana fərqli münasibət bəsləyirlər. “Agos”un dar, qərəzli düşüncəsinə görə, guya “ermənilərə və ərəblərə qarşı eyni düşmənlik var”.

Bu yolla həmin KİV Türkiyədə Azərbaycana qarşı kin-nifrət yaymağa çalışır. Bunlar Hitler Almaniyasının əlaltısı olmuş Qaregin Njdenin türk düşmənliyi ideologiyasının daşıyıcılarıdır. Həmin əlaltı ermənilərə belə vəsiyyət edib: “Türkə qarşı mübarizəsiz bir gün olmamalıdır”. “Agos” da faşistlərin xidmətçisi olmuş liderinin vəsiyyətinə əməl edib.

Nə “aksiya” keçirənlərin, nə onların ağalarının, nə də belə hadisələrə don geyindirmək istəyənlərin hədəfi Fələstinin azadlığı, onun tanınması deyil. Onlar Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə, Azərbaycan -Fələstin münasibətlərinə zərbə vurmağa səy göstərir. Bu qüvvələr Körfəz ərəb ölkələri ilə Azərbaycanın əlaqələrinə də kölgə salmağa çalışırlar. Ancaq daşın haradan, hansı məqsədlə atıldığı hər kəsə bəllidir...(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

21-12-2023, 15:17

"HƏMAS İsraillə danışıqlar aparmayacaq"

Gündəm / Siyasət

31-07-2024, 15:43

Davam edən İran-İsrail müharibəsi – maraqların qurbanı İsmayıl Haniyə - ŞƏRH

Gündəm / Siyasət

22-04-2024, 17:54

Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH

Gündəm / Araşdırma

4-06-2024, 16:05

“Haber Global”: SOCAR-ın Türkiyədəki ofisinə hücum Fələstinə dəstək deyil, imperializmə xidmət etməkdir

Gündəm / Dünya

19-01-2024, 10:39

İran Pakistana niyə hücum edib? - "Daxili təzyiqlər var"

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə