• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan xalqının Ümummilli Lideri

Gündəm / Siyasət

10-05-2024, 12:50

Azərbaycan xalqının Ümummilli Lideri

Azərbaycanın dağılmaq, yox olmaq təhlükəsi qarşısında qaldığı bir dönəmdə olduqca böyük bir məsuliyyətin altına girərək ölkəni uçurumun bir addımlığından xilas edən Ümummilli Lider Heydər Əliyev əbəs yerə Müasir Azərbaycanın memarı hesab olunmur.
Siyasi böhranın, xaosun hökm sürdüyü bir vaxtda ikinci dəfə hakimiyyətə qayıdan Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik əsaslı şəkildə azaldı, respublikamız vətəndaş müharibəsindən, parçalanma təhlükəsindən xilas oldu.
Təsadüfi deyil ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 3 oktyabr 1993-cü il isə Azərbaycanın inkişaf tarixində yeni səhifə oldu. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçməklə dövlətimizi inkişafa, zəfərə aparan yolun başlanğıcına qədəm qoydu. Əlbəttə ki, bu yol məşəqqətli, dolanbaclı, həm də olduqca şərəfli bir yol idi. Ümummilli Lider ölkəmizi böyük bəlalardan, faciələrdən qoruyaraq sabitlik və iqtisadi inkişafa nail oldu. Qlobal enerji layihələrini reallaşdırmaqla Vətənə sədaqətli xidmətin nümunəsini ortaya qoydu.
Ulu Öndər andiçmə mərasimindəki nitqində demişdir: "Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm."
Ümummilli Lider həyatının sonuna qədər andına sadiq çıxdı. Ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Heydər Əliyev 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı.
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə hərbi sahədə mühüm irəliləyişlər əldə olundu. 1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycan Milli Ordusunun formalaşdırılmasına start verildi. Ordu quruculuğu işinə hər zaman böyük həssaslıq və xüsusi diqqətlə yanaşan Ulu Öndər 1998-ci il may ayının 22-də Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün - 26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü elan olunması barədə Sərəncam imzaladı.
Mərhum Prezidentimizin qeyd etdiyi kimi, "Vətəndaş" sözü böyük sözdür, müqəddəs sözdür. "Vətəndaş" sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi sistemin gücləndirilməsi, siyasi partiyalar üçün münbit şəraitin yaradılması istiqamətində xeyli mütərəqqi işlərə imza atdı. Ulu öndərin təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində Qafqazın ən böyük siyasi institutu oldu.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti 2003-cü ildən layiqincə davam etdirən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar möhtərəm dövlət başçımızın rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi Qələbənin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda inamlı addımlarla irəliləyir.

Elgün İmanlı
Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-05-2024, 11:48

HEYDƏR ƏLİYEV İDEYALARI BU GÜN DƏ YAŞAYIR VƏ QALİB GƏLIR

Gündəm / Siyasət

10-05-2024, 13:14

Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır

Gündəm / Cəmiyyət

12-12-2023, 08:29

Heydər Əliyevin anım günüdür

Gündəm / Siyasət

10-05-2024, 11:44

AZƏRBAYCANIN XILASKARI

Gündəm / Cəmiyyət

21-11-2023, 08:46

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə