• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...

Gündəm / Dünya

27-03-2024, 12:15



Türkiyə martın 31-də keçiriləcək yerli seçkilərə hazırlaşır. Bələdiyyə sədrliyinə namizədlərin qeydə alınması prosesi artıq yekunlaşıb. Ölkənin Ali Seçki Komissiyası (YSK) namizədlərin cinsinə görə bölgüsü ilə bağlı məlumatları açıqlayıb. YSK məlumatları əsasında bələdiyyə seçkilərində iştirak edən 12 əsas siyasi partiyada qadın namizədlərin nisbətləri hesablanıb.

Təkcə bir kişi namizəd irəli sürən Güc Birliyi Partiyası və üç kişi namizədi olan Aydınlıq Demokratiya Partiyasından başqa, seçkiyə qatılan partiyalar arasında ən az qadın namizəd iqtidar partiyasındadır. "Medyascope"un məlumatına görə, qadın namizəd nisbətində 3,13 faizlə sondan üçüncü partiya HÜDAPAR olsa da, bu partiya yalnız rayonlarda (ilçe) qadın namizəd çıxarıb, vilayətlərdə (il) qadın namizədi yoxdur.

Partiyaların namizəd irəli sürdüyü namizədlərin ümumi sayı da bir-birindən fərqlənir. Bu baxımdan namizədlərin cinsinə görə nisbətinə faiz etibarilə nəzər yetirmək müqayisə aparmaq üçün əsas alətdir. Cümhur İttifaqının əsas tərəfdaşı olan AKP-nin elan etdiyi 1238 namizəddən 27-si qadın, 1211-i kişidir. İttifaqın digər ortağı olan MHP-də 805 namizəddən 21-i qadın, 784-ü kişidir.


İttifaqdakı digər partiyalara gəlincə, HÜDAPAR-ın cəmi 734 bələdiyyə sədrliyinə namizədi arasında 23 qadın və 711 kişi namizədi var. Yenidən Rifah Partiyasının bələdiyyə sədrliyinə ümumilikdə 1240 namizədi var ki, qadın namizədlərinin sayı 50, kişilərin sayı isə 1190 təşkil edir. Müvafiq olaraq, qadın namizəd nisbətləri AKP-də 2,18 faiz, MHP-də 2,6 faiz, HÜDAPAR-da 3,13 faiz, Yenidən Rifahda isə 4,03 faiz olub.

Müxalifətin keçmiş Millət İttifaqında Cümhuriyyət Xalq Partiyasının (CHP) bələdiyyə sədrliyinə 103 qadın və 1009 kişi olmaqla ümumilikdə 1112 namizədi var. 2019-cu ildə keçirilən yerli seçkilərdə CHP Türkiyə üzrə ümumilikdə 49 qadın namizəd irəli sürmüşdü. Beləliklə, CHP builki seçkilərdə ötən seçkilərdəki qadın namizəd sayının iki qatı qədər qadın namizəd irəli sürüb.

Keçmiş ittifaqın digər ortağı olan İYİ Partiya isə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü vurğulayaraq, 100 qadın namizəd irəli sürüb. İYİ Partiyanın 951 namizədindən 851-i kişi olub. CHP-nin qadın namizəd faizi 9,26, İYİ Partiyanınkı isə 10,51 təşkil edib.


Kürdyönümlü Xalqların Bərabərlik və Demokratiya Partiyası - DEM Partiya (keçmiş HDP) həmsədrlik sistemi ilə bütün seçki dairələrində bir qadın və bir kişi namizəd elan etsə də, YSK-ya bildirilən rəsmi namizədlərdən cəmi 145-i qadın namizəddir. Yəni DEM Partiyanın rəsmi irəli sürülmüş 468 bələdiyyə sədrliyinə namizədindən 323-ü kişidir. Beləliklə, rəsmi məlumatlara görə, DEM Partiyada qadın namizədlərin nisbəti 30,98 faiz olub.

Nisbətən kiçik partiyalara nəzər yetirdikdə aydın olur ki, keçmiş Millət İttifaqının digər ortaqlarından Səadət Partiyasının cəmi 1266 namizədindən 46-sı, Gələcək Partiyasının 120 namizədindən 12-si, DEVA Partiyasının 538 namizədindən 82-si qadındır. Ultra-sağçı Zəfər Partiyasının 721 namizədindən isə 106-sı qadın namizəd olub. Faiz etibarilə Səadət Partiyasında qadın namizədlər 3,63 faiz, Gələcək Partiyasında 10 faiz, DEVA Partiyasında 15,24 faiz, Zəfər Partiyasında 14,7 faiz qadın namizəd rəqabət aparacaq.

Faiz etibarilə ən çox qadın namizəd çıxaran partiya isə Türkiyə Fəhlə Partiyası (TİP) olub. TİP-in 55-i qadın, 91-i kişi olmaqla 146 seçki dairəsində namizədi irəli sürülüb. Beləliklə, qadın namizəd nisbəti ən yüksək olan partiya 37,67 faizlə TİP olub.

Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

28-03-2024, 16:24

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

Gündəm / Dünya

3-04-2024, 10:51

Ötən il dövlət qulluğuna imtahan verən və keçən şəxslərin sayı açıqlanıb

Gündəm / Dünya

28-12-2023, 14:23

Putinin seçkilərdə 346 səlahiyyətli nümayəndəsi olacaq - RƏSMİ

Gündəm / Cəmiyyət

29-01-2024, 10:31

Seçki bülletenində namizədlərin adları bu sıralama ilə YAZILACAQ

Gündəm / Araşdırma

7-02-2024, 12:32

Demirtaşın həyat yoldaşı İmamoğluya RƏQİB OLMAYACAQ

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə