• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili

---

8-09-2025, 10:30


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyətinin ən parlaq səhifələrindən biri onun təhsilə və maarifə göstərdiyi diqqət və qayğıdır. “Təhsil millətin gələcəyidir” deyən dahi rəhbər, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Onun təhsil sahəsində həyata keçirdiyi islahatlar, verdiyi qərarlar və irəli sürdüyü strateji baxış bu gün də Azərbaycanın uğurlu təhsil modelinin əsas dayağını təşkil edir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü (1969-1982) təhsil sistemində əsl intibah illəri kimi tarixə düşüb. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi üç dəfə genişlənərək 765-dən 2117-yə çatdırılıb. Məktəblərin dərsliklərlə təminatı problemi kökündən həll edilib və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanılıb.

Bu dövrdə təhsilin inkişafına xüsusi diqqət məktəb tikintisində də özünü göstərib. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatıb. Şagirdlərin sayı 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minə yüksəlib. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilib ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi.
Dahi rəhbərin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi yer tuturdu. 1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edən Heydər Əliyev ana dilində söylədiyi nitqində ali təhsil sahəsində qarşıda duran vəzifələrdən danışdı. Bu, təkcə universitet kollektivi deyil, bütün Azərbaycan cəmiyyəti üçün milli ruhun oyanması istiqamətində bir dönüş anı oldu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açılıb və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artıb. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı.
Dahi rəhbəri düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi idi. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Hərbi məktəbdə yüzlərlə Azərbaycan vətəndaşı təhsil almağa başladı. Ulu Öndər taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşır və onların xidmətlərini həmişə yüksək qiymətləndirirdi.

Müstəqillik dövründə də Heydər Əliyev təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirirdi. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikabanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.

Təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.

1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.

“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb.

“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb.

“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinə bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.

Ulu Öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında bu barədə danışaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil.”

Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
Bu gün Azərbaycan təhsili regionun aparıcı təhsil sistemlərindən biri kimi formalaşıbsa, bu, ilk növbədə, Heydər Əliyevin zamanında atdığı strateji addımların, müdrik qərarların və uzaqgörən siyasətin nəticəsidir. Onun təhsilə dair baxışları yalnız bir dövrün deyil, sabaha yönəlmiş bir missiyanın təməlidir. Ulu Öndərin özünün də dediyi kimi: “Azərbaycanın gələcəyi onun bugünkü məktəblərində, ali təhsil ocaqlarındadır. Gənclərimiz nə qədər savadlı, vətənpərvər və bacarıqlı olsalar, dövlətimiz də bir o qədər güclü olacaq.”

Bu sözlər bu gün də aktuallığını qoruyur və hər bir müəllim, tələbə, siyasətçi və təhsil işçisinin yoluna işıq salır. Heydər Əliyevin təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan təhsili sözün əsl mənasında özünün yüksəliş dövrünü yaşayır.

Gülnaz Kərimova,
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Paylaş:
Digər xəbərlər

---

8-09-2025, 10:30

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili

Gündəm / Siyasət

10-05-2024, 15:02

Ulu Öndər Heydər Əliyevin siyasi irsi bu gün də davam edir

Gündəm / Siyasət

10-05-2024, 11:48

HEYDƏR ƏLİYEV İDEYALARI BU GÜN DƏ YAŞAYIR VƏ QALİB GƏLIR

Gündəm / Cəmiyyət

27-03-2024, 09:22

27 Mart - Azərbaycanda Elm Günüdür

Gündəm / Siyasət / Cəmiyyət

10-05-2024, 10:30

Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir

Araşdırma
Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub
Bakının bir sıra yollarında tıxac yaranıb
Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb
Hadisə
Сегодня, 08:57
Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
Вчера, 11:05
DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər
6-06-2026, 12:51
Binədə mağaza yanıb
5-06-2026, 18:02
Bakıxanovda yaşayış binası yanır
4-06-2026, 14:49
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
4-06-2026, 09:13
Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib
Son xəbərlər
  • Сегодня, 12:26
    İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
  • Сегодня, 11:37
    Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib
  • Сегодня, 10:47
    DYP "Son zəng"lə bağlı "Rent a Car"lara müraciət edib
  • Сегодня, 10:03
    Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub
  • Сегодня, 09:30
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • Сегодня, 08:57
    Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb
  • Вчера, 17:28
    Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib
  • Вчера, 16:32
    Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib
  • Вчера, 12:24
    Sankt-Peterburqda yanğında dörd nəfər ölüb
  • Вчера, 11:45
    Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib
  • Вчера, 11:05
    DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər
  • Вчера, 10:37
    Tramp: Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir
  • Вчера, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
  • Вчера, 09:16
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Вчера, 08:49
    Bakıda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb
  • 8-06-2026, 19:05
    Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər
  • 8-06-2026, 18:25
    Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb
  • 8-06-2026, 17:46
    Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb
  • 8-06-2026, 17:24
    Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • 8-06-2026, 16:38
    Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir
  • 8-06-2026, 15:51
    Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq
  • 8-06-2026, 13:57
    İran Tehrana növbəti hücum barədə məlumat yayıb
  • 8-06-2026, 12:37
    Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır
  • 8-06-2026, 11:11
    MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb
  • 8-06-2026, 10:35
    General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir
  • 8-06-2026, 09:54
    Bakıda yük maşını piyadanı vurub
  • 8-06-2026, 09:03
    Bakının iki rayonunda işıq olmayacaq
  • 8-06-2026, 08:36
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • 6-06-2026, 15:41
    Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub
  • 6-06-2026, 12:51
    Binədə mağaza yanıb
  • 6-06-2026, 11:47
    Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH
  • 6-06-2026, 11:24
    Qazıntı işləri zamanı xətt qırıldı - Ərazi qazsız qaldı
  • 6-06-2026, 09:15
    Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 6-06-2026, 08:47
    Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
  • 6-06-2026, 08:27
    KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə