• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kamaləddin Qafarov: “Böyük Qayıdış dövlətimizin prioritet proqramıdır”

---

24-08-2025, 11:11


“Bu gün işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın apardığı iri miqyaslı bərpa və yenidənqurma işlərinin yüksək dinamikası imkan verir ki, həmin ərazilərə bir vaxtlar bu torpaqlarda yaşamış, lakin erməni işğalı dövründə öz dədə-baba yurdlarından qovulmuş soydaşlarımızın geri dönüşü də yüksək intensivliklə həyata keçirilsin.“

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, hazırda Böyük Qayıdış dövlət proqramının uğurla reallaşdırıldığı bölgələrimizdən biri də Kəlbəcər rayonudur. “Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 21-də bu rayona etdikləri səfər ölkə ictimaiyyətinə Kəlbəcərdə aparılan işlərin böyük vüsətini bir daha tam dolğunluğu ilə nümayiş etdirdi.”

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə etdiyi hər bir səfəri bu torpaqlarda görülən işlərin mühüm prioritet istiqamətlərdən biri kimi xüsusi nəzarətdə saxlandığını təkrar-təkrar hər kəsin diqqətinə çatdırmış olur. “Bu proses görülən işlərin və həyata keçirilən Böyük Qayıdış dövlət proqramının önəmli xarakterindən irəli gəlir. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri mühüm obyektlərin təməlqoyma və açılış mərasimləri ilə əlamətdar olur. Avqustun 21-də cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərin Vəng kəndində üç yeni kiçik su elektrik stansiyasının açılışını ediblər. Dövlət başçısı Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüb və onlara yeni mənzillərinin açarlarını təqdim edib. Səfər çərçivəsində Kəlbəcər şəhərində 3-cü və 4-cü yaşayış komplekslərinin, eləcə də şəhər parkının təməli qoyulub. Möhtərəm Prezidentimizin burada yerli sakinlərlə görüşü zamanı dediyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.”

K.Qafarov dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı burada yerli sakinlərlə keçirdiyi görüşlərin siyasi-mənəvi əhəmiyyətini xüsusi vurğulayıb: “Belə görüşlər 30 illik məcburi köçkünlük həyatı yaşamış insanların öz dədə-baba yurdlarında bundan sonra sülh və əmin-amanlıq içərisində, tam təhlükəsiz şəraitdə yaşayacaqlarına inamlarını daha da gücləndirir, onlara ruh yüksəkliyi bəxş edir. Digər tərəfdən isə, həm ölkəmizdə cərəyan edən proseslər, həm də qlobal miqyasda baş verən və ölkəmizə bu və ya digər şəkildə bilavasitə təsiri olan hadisələr barədə birbaşa ölkə rəhbərinin açıqlamalarını eşitmək insanlarda həmin hadisələrə düzgün baxış bucağının formalaşması üçün ən əlverişli amildir. Bu baxımdan son günlər ölkəmizdə ən çox müzakirə olunan mövzunun cənab Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi rəsmi səfərin və Ağ Evdə keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan ölkə rəhbərlərinin Zirvə Görüşünün nəticələri ilə bağlı olduğunu nəzərə alsaq, bu zaman dövlət başçımızın Kəlbəcər şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi fikirlərin mühüm əhəmiyyət kəsb etdiyini də aydın şəkildə görə bilərik. Cənab Prezident bir daha Ermənistanla sülh müqaviləsinin müəllifinin məhz Azərbaycan olduğunu diqqət mərkəzinə çəkdi və bildirdi ki, müqavilənin bütün bəndlərinin tərtibatında ölkəmizin mövqeyi hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması isə faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoymuş oldu. Paraflanmış mətndə Naxçıvanla quru yolla bağlantının təmin edilməsinə və ATƏT-in Minsk qrupunun ləğvinə dair müddəaların yer alması da Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsidir”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

30-06-2025, 08:51

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Gündəm / Cəmiyyət

14-03-2025, 12:01

Baş nazir Qarabağda görülən işlərdən DANIŞDI

Gündəm / Siyasət

29-05-2024, 15:44

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

Gündəm / Cəmiyyət

2-01-2025, 15:39

Prezident 2025-ci ilin prioritetini elan etdi - “Böyük Qayıdış proqramı”nın icrası sürətlənəcək - ŞƏRH

Gündəm / Cəmiyyət

17-02-2025, 07:55

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

Araşdırma
Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Hadisə
8-08-2026, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
7-08-2026, 09:32
Beyləqanda bir nəfər suda boğulub
6-08-2026, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 10:23
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:51
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
30-07-2026, 09:59
Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü
Son xəbərlər
  • 8-08-2026, 16:05
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • 8-08-2026, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • 8-08-2026, 15:10
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • 8-08-2026, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • 8-08-2026, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • 8-08-2026, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • 8-08-2026, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • 8-08-2026, 11:28
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • 8-08-2026, 10:58
    Xocavənddə traktor minaya düşüb
  • 8-08-2026, 10:02
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • 8-08-2026, 09:00
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • 7-08-2026, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • 7-08-2026, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 7-08-2026, 16:06
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • 7-08-2026, 15:37
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • 7-08-2026, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • 7-08-2026, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • 7-08-2026, 12:33
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • 7-08-2026, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 7-08-2026, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • 7-08-2026, 10:40
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • 7-08-2026, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • 7-08-2026, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • 7-08-2026, 08:58
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • 6-08-2026, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • 6-08-2026, 17:40
    Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır
  • 6-08-2026, 17:12
    Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
  • 6-08-2026, 16:48
    Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH
  • 6-08-2026, 16:04
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • 6-08-2026, 15:42
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • 6-08-2026, 15:00
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • 6-08-2026, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • 6-08-2026, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və baş redaktor: Natiq Zabitoğlu Rəhimov
  • Telefon: (+99450) 887 22 36
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Xalqhakimiyyetitv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə